Bank Of Baku

Azərbaycan ali məktəblərinin tələbələrinə ARDNŞ təqaüdünün verilməsi üzrə test imtahanı keçirilib

Azərbaycan ali məktəblərinin tələbələrinə ARDNŞ təqaüdünün verilməsi üzrə test imtahanı keçirilib
# 31 oktyabr 2009 11:23 (UTC +04:00)
Bakı. Kəmalə Quliyeva – APA. Tələbə Qəbulu üzrə Dövlət Komissiyası (TQDK) bu gün Azərbaycan ali təhsil müəssisələrinin tələbələrinə Azərbaycan Respublikası Dövlət Neft Şirkətinin (ARDNŞ) təqaüdünün verilməsi üzrə elan edilmiş müsabiqədə iştirak üçün test imtahanı keçirib. APA-nın məlumatına görə, Azərbaycan Beynəlxalq Universitetinin 7-ci korpusunda saat 11:00-da başlayan imtahan 1 saat müddətində aparılıb.

Müsabiqədə iştirak etmək üçün namizədliyi qeydə alınmış 480 nəfərdən 459-u test imtahanına qatılıb.

İmtahan başa çatdıqdan dərhal sonra TQDK tərəfindən cavab kartlarının emalı aparılıb. Nəticələr ARDNŞ-ə təqdim ediləcək. İkinci tura buraxılmaq üçün keçid balı ARDNŞ tərəfindən təyin olunacaq.

Namizədlər ikinci turda ARDNŞ-in əməkdaşlarından ibarət komissiyada müsahibədə iştirak edəcəklər.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR