Bank Of Baku

BDU-nun 90 illik yubileyi münasibəti ilə universitetin müəllimlərinə yeni mənzillərin açarları təqdim olunub

BDU-nun 90 illik yubileyi münasibəti ilə universitetin müəllimlərinə yeni mənzillərin açarları təqdim olunub
# 31 oktyabr 2009 11:23 (UTC +04:00)
Bakı. Kəmalə Quliyeva-APA. Bakı Dövlət Universitetinin (BDU) 90 illik yubileyi münasibəti ilə universitetin 350 nəfərdən ibarət alim, professor və müəllim heyətinə yeni mənzillərin açarları təqdim olunub. APA-nın xəbərinə görə, təqdimat mərasimində baş nazirin müavini Abid Şərifov, təhsil naziri Misir Mərdanov, BDU-nun rektoru Abel Məhərrəmov iştirak edib. Abel Məhərrəmov bildirib ki, verilən evlər bütün təbəqələrdən olan müəllimlər üçün nəzərdə tutulub. Onun sözlərinə görə, mənzillərin tikinti iki il ərzində aparılıb. Kooperativ mənzillərin 1 kvadratmetri mövcud qiymətlərdən ucuz, təxminən 250 manata başa gəlib.

Baş nazirin müavini Abid Şərifov isə bildirib ki, indiyə kimi Azərbaycanda müəllimlər üçün belə böyük həcmli kompleks tikilməyib. A. Şərifov bunu Azərbaycan dövlətinin, ölkə prezidentinin müəllimlərə diqqətinin nəticəsi kimi dəyərləndirib.

Qeyd edək ki, kompleks 16 mərtəbəli 4 binadan ibarətdir. Ərazidə uşaq bağçası və poliklinika tikintisi də nəzərdə tutulub.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR