Bank Of Baku

Gəncədə ümumşəhər iməciliyi keçirilib

Gəncədə ümumşəhər iməciliyi keçirilib
# 31 oktyabr 2009 12:16 (UTC +04:00)
Gəncə. Cəmşid Bəxtiyar - APA. Bu gün Gəncədə şəhər İcra Hakimiyyətinin təşəbbüsü ilə ümumşəhər iməciliyi keçirilib. APA-nın qərb bürosunun məlumatına görə, şəhərin əksər təşkilat və müəssisələrinin kollektivlərinin qatıldığı iməcilikdə Gəncə şəhər İcra Hakimiyyətinin başçısı E. Əzizov da iştirak edib.

O, APA-ya açıqlamasında iməciliyin 2010-cu ilin prezident İlham Əliyev tərəfindən “Ekologiya İli” elan etməsi münasibətilə təşkil edildiyini deyib: “Belə tədbirlərin keçirilməsində əsas məqsəd şəhərin səliqə-sahmanında və ekoloji durumunda əsaslı irəliləyişə nail olmaqdır. Bu məqsədlə ilin sonunadək şəhər üzrə 50 min yeni ağacın əkilməsini planlaşdırırıq”.

Qeyd edək ki, bugünkü iməcilikdə Heydər Əliyev Parkında 5 min ağac əkilib. İməcilik şəhərin bir çox ərazilərini - məktəbyanı sahələri, digər park və küçələri əhatə edib.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR