Bank Of Baku

Naxçıvanın prokurorluq və vergi orqanlarında işləmək istəyənlər üçün keçirilmiş tеst imtаhаnının nəticələrini açıqlanıb

Naxçıvanın prokurorluq və vergi orqanlarında işləmək istəyənlər üçün keçirilmiş tеst imtаhаnının nəticələrini açıqlanıb
# 02 noyabr 2009 06:55 (UTC +04:00)
Bakı. Kəmalə Quliyeva – APA. Tələbə Qəbulu üzrə Dövlət Komissiyası (TQDK) 2009-cu il oktyabrın 31-də Naxçıvan Muxtar Respublikası (MR) Prokurorluğu ilə birgə "Prokurorluğa işə qəbul olunmaq üçün namizədlərlə müsabiqə keçirilməsi qaydaları haqqında" Əsasnaməyə müvafiq olaraq prokurorluq orqanlarında işə qəbul olmaq istəyən namizədlər üçün test imtahanı keçirib. TQDK-nın mətbuat xidmətindən APA-ya verilən məlumata hörə, həmin gün MR-nın vergi orqanlarında işləmək istəyən namizədlər də test imtahanı veriblər. Naxçıvan şəhərində keçirilən hər iki imtahan saat 11:00-da başlayıb və 3 saat davam edib.

İmtahanların nəticələri həmin gün saat 17:30-da TQDK-nın internet saytında yerləşdirilib.

Naxçıvan MR prokurorluq orqanlarının müsabiqəsində iştirak etmək üçün 62 nəfərin namizədliyi qeydə alınıb. Onlardan 4-ü imtahana gəlməyib. İmtahanda iştirak etmiş 58 namizəddən 31 nəfəri müsabiqə şərtini ödəyərək (60 bal və daha yüksək nəticə) növbəti mərhələyə buraxılıb.

Naxçıvan MR vergi orqanlarının müsabiqəsində iştirak etmək üçün 15 nəfərin namizədliyi qeydə alınıb. Onlardan 2 nəfəri imtahana gəlməyib. İmtahanda iştirak etmiş 13 namizəddən 2-si müsabiqə şərtini ödəyərək (60 bal və daha yüksək nəticə) növbəti mərhələyə keçib.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR