Bank Of Baku

Leysan yağışları Gürcüstanda azərbaycanlıların yaşadığı kəndlərə ciddi ziyan vurub

Leysan yağışları Gürcüstanda azərbaycanlıların yaşadığı kəndlərə ciddi ziyan vurub
# 02 noyabr 2009 07:01 (UTC +04:00)
Laqodexi. Nizami Məmmədzadə-APA. İki gün aramsız yağan leysan yağışlar Gürcüstanın Laqodexi rayonunda azərbaycanlıların kompakt yaşadığı kəndlərdə təbii fəlakətlər törədib. APA-nın Gürcüstan bürosunun məlumatına görə, Uzuntala kəndində 80-ə qədər evə sel suları dolub, 3 ev uçub, mal-qara tələfatı var. Gəncəli kəndinin bir hissəsinə də ziyan dəyib. Əhalinin qış üçün saxladığı ərzaq ehtiyatı tamamilə su altında qalıb. Gürcüstan parlamentinin Laqodexidən seçilmiş deputatı Quram Qaqalaşvili, daxili işlər nazirinin müavini, Laqodexi rayon icra hakimiyyəti başçısı, rayonun bələdiyyə sədri, və Qabal icra nümayəndəsi dünən aramsız yağan yağışlardan ziyan görən kəndlərdə olublar. Qabal kənd icra nümayəndəsi Camal Niyazov APA-ya bildirib ki, Qabal çayından Uzuntala kəndinə ayrılan qolun su tutumu az olduğundan sel suları evlərə dolub. Onun sözlərinə görə, 3 min 200 nəfər əhalisi olan kənd sakinləri fəlakətlə üz-üzə dayanıblar: “Baş verən hadisə barədə Gürcüstanın Fövqəladə Hallar Naziliyinə müraciət etmişik. Hələlik cavab yoxdur. Kənddə əkin yerləri tamamilə yararsız hala düşüb. Əhalinin mal-qara saxladığı binələri su basıb. Bu gün və sabah əhaliyə dəyən ziyan hesablanacaq. Bizə dövlət səviyyəsində kömək göstərilməlidir. Bir ay bundan əvvəl rəsmi dövlət adamları, parlament nümayəndələri təbii fəlakətin vurduğu ziyanı öyrənməyə gəlmişdilər. Söz verdilər ki, azərbaycanlıların yaşadığı kəndlərin təbii fəlakətdən sonra vəziyyəti barədə məsələyə parlamentdə baxılacaq, amma irəliləyiş yoxdur. Bizə lazımi kömək göstərilməsi üçün Azərbaycana da müraciət etmək istəyirik”.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR