Bank Of Baku

Rustavidə qardaşlaşmış şəhər nümayəndələrinin iştirakı ilə “Şəhər günü” keçirilib

Rustavidə qardaşlaşmış şəhər nümayəndələrinin iştirakı ilə “Şəhər günü” keçirilib
# 02 noyabr 2009 07:15 (UTC +04:00)
Rustavi. Nizami Məmmədzadə-APA. Gürcüstanın Rustavi şəhərində “Şəhər günü” münasibəti ilə bayram tədbirləri keçirilib. APA-nın Gürcüstan bürosunun məlumatına görə, tədbirdə Azərbaycanın Sumqayıt, Türkiyənin Bursa, Ukraynanın İvano-Frankovsk, Polşanın Lodz şəhərlərindən nümayəndə heyətləri iştirak edib. Azərbaycandan gələn nümayəndə heyətinə Sumqayıt şəhər İcra Hakimiyyəti başçısının müavini Akif Quliyev rəhbərlik edib. Nümayəndə heyətinin üzvləri Rustavi şəhər meri Mamuka Çikovani ilə görüşüblər. “Şəhər günü”ndə Rustavidə görkəmli gürcü şairi Şota Rustavelinin abidəsinin açılışı olub. Gürcüstanın diaspora üzrə dövlət naziri Yulon Qaqoşidze bayram tədbirlərinə qatılan qonaqlarla görüşüb. Rustavidə keçirilən “Şəhər günü” tədbirləri gürcü müğənnilərinin qala-konserti ilə başa çatıb.
Bayram tədbirlərinə qatılan Sumqayıt şəhər İcra Hakimiyyəti başçısının müavini Akif Quliyev APA-ya bildirib ki, bu onların Rustaviyə ilk rəsmi səfəridir: “Keçən əsrin 60-cı illərindən Rustavi və Sumqayıt şəhərləri qardaşlaşıb. 2007-ci ildə isə Sumqayıt şəhər İcra Hakimiyyətinin başçısı Vaqif Əliyevin dəvəti ilə Rustavi şəhər rəhbərliyi Sumqayıtda rəsmi səfərdə olub və hər iki şəhər arasında “Əlaqələrin bərpası haqqında” saziş imzalanıb. Bu gün burada iştirakımız iki qardaşlaşmış şəhər arasında əlaqələrin davamıdır. Rustavi də Sumqayıt kimi sənaye şəhəridir. Buna görə də biz əlaqələrimizin inkişaf etməsində maraqlıyıq”.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR