Bank Of Baku

Milli Məclisin deputatı İlham Məmmədov BMT-nin seminarında iştirak edir

Milli Məclisin deputatı İlham Məmmədov BMT-nin seminarında iştirak edir
# 02 noyabr 2009 08:29 (UTC +04:00)
Bakı. Elbrus Seyfullayev - APA. Milli Məclisin deputatı İlham Məmmədov BMT-nin Əhali Fondunun Şərqi Avropa və Mərkəzi Asiya regional ofisinin dəstəyi ilə keçirilən seminarda iştirak etmək üçün Rusiyanın Sankt-Peterburq şəhərinə gedib. APA-nın məlumatına görə, seminarda reproduktiv sağlamlıq məsələsi, milli səhiyyə sistemlərində bu strategiyanın tətbiqi və təbliği prinsipləri əsas müzakirə obyekti olacaq, reproduktiv sağlamlığın təbliğat şəbəkəsinin yaradılması məsələsinə baxılacaq. Şərqi Avropa regionundakı mövcud təcrübə nəzərdən keçiriləcək. İ. Məmmədov seminarda çıxış edərək Azərbaycanda reproduktiv sağlamlığın qanunvericilik bazası, aparılan səhiyyə islahatları sırasında bu sahədə görülən işlər, 2010-2015-ci illərdə Azərbaycanda reproduktiv sağlamlıq üzrə bu il qəbul olunmuş Milli Strategiya barədə ətraflı məlumat verəcək.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR