Bank Of Baku

Azərbaycanın Xaçmaz şəhəri ilə Ukraynanın Yalta şəhəri arasında dostluq və əməkdaşlıq protokolu imzalanıb

Azərbaycanın Xaçmaz şəhəri ilə Ukraynanın Yalta şəhəri arasında dostluq və əməkdaşlıq protokolu imzalanıb
# 02 noyabr 2009 08:29 (UTC +04:00)
Xaçmaz. Könül Abdullayeva-APA. Azərbaycanın Xaçmaz şəhəri ilə Ukraynanın Yalta şəhəri arasında dostluq və əməkdaşlıq protokolu imzalanıb. APA-nın şimal bürosunun xəbərinə görə, bu məqsədlə Ukrayna nümayəndə heyəti Azərbaycana iki günlük səfərə gəlib. Xaçmaz və Yalta şəhərlərinin qardaşlaşması barəsində birgə protokol imzalanmazdan əvvəl nümayəndə heyəti Xaçmaz rayonu ilə ətraflı tanışlıq görüşləri keçirib. Əvvəlcə Xaçmazın görməli yerlərində olan qonaqlar daha sonra rayonda fəaliyyət göstərən bir neçə sənaye müəssisəsinə gediblər. Ukraynalı qonaqlar Xaçmazda istehsal olunan sənaye məhsullarının keyfiyyəti ilə maraqlanıblar. Nümayəndə heyəti Nabran istirahət zonasındakı turizm obyektlərinə, həmçinin Şollar içməli su mənbəyinə də tamaşa edib. Azərbaycanın Ukraynadakı səfiri Tələt Əliyev açıqlamasında belə görüşlərin həm siyasi, həm iqtisadi, həm də mədəni əhəmiyyət kəsb etdiyini bildirib. Xaçmazla tanışlığın gələcək əlaqələr və işgüzar tərəfdaşlıq üçün yeni imkanlar yaratdığını deyən Yalta şəhərinin meri Sergey Brayka Ukrayna və Azərbaycan xalqları arasındakı dostluq münasibətlərinin ictimai əhəmiyyətini vurğulayıb. Xaçmaz rayon İcra Hakimiyyətinin başçısı Şəmsəddin Xanbabayev və Yalta şəhər meri Seygey Brayka Xaçmaz və Yalta şəhərləri arasında dostluq və əməkdaşlıq protokolunu imzalayıb.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR