Bank Of Baku

Bakı, Sumqayıt və Gəncədə “donuz qripi” əleyhinə aparılan dezinfeksiya işləri ümumilikdə 410 məktəbi əhatə edib

Bakı, Sumqayıt və Gəncədə “donuz qripi” əleyhinə aparılan dezinfeksiya işləri ümumilikdə 410 məktəbi əhatə edib
# 02 noyabr 2009 09:08 (UTC +04:00)
Bakı. Kəmalə Quliyeva – APA. Bakı, Sumqayıt və Gəncədə yerləşən ümumtəhsil məktəblərində AH1N1 qripi (“donuz qripi”) əleyhinə aparılan dezinfeksiya işləri ümumilikdə 410 məktəbi əhatə edib. Bu barədə APA-ya Respublika Gigiyena və Epidemiologiya Mərkəzinin şöbə müdiri Ziyəddin Kazımov məlumat verib. Onun sözlərinə görə, oktyabrın 31-i, noyabrın 1-i həyata keçirilən dezinfeksiya işləri zamanı Bakı şəhəri üzrə bütün məktəblər, Sumqayıt şəhəri üzrə bir növbəli 16, iki növbəli 34 məktəb, Gəncə şəhəri üzrə bir növbəli 21, iki növbəli 23 məktəb dezinfeksiya edilib.

Şöbə müdiri bildirib ki, əgər sərəncam olarsa, mərkəzin əməkdaşları digər kütləvi yerlərdə də dezinfeksiya işləri həyata keçirməyə hazırdırlar.

Bakı Şəhəri üzrə Təhsil İdarəsinin (BŞTİ) ictimaiyyətlə əlaqələr sektorunun müdiri Zəminə Əliqızı isə APA-ya bildirib ki, hələlik BŞTİ-yə uşaq bağçalarının dezinfeksiyası ilə bağlı müraciət olunmayıb: “Biz dərs ili başlamamış uşaq bağçalarını dezinfeksiya eləmişik. Amma bu, yoluxucu xəstəliklərə qarşı deyil, siçanlara və tarakanlara qarşı olan dezinfeksiya idi”.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR