Bank Of Baku

Azay Quliyevin rəhbərlik etdiyi nümayəndə heyəti Xorvatiyaya səfər edib

Azay Quliyevin rəhbərlik etdiyi nümayəndə heyəti Xorvatiyaya səfər edib
# 02 noyabr 2009 09:27 (UTC +04:00)
Bakı. Elnur Məmmədli – APA. Azərbaycan Respublikası Prezidenti yanında Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Şurasının sədri Azay Quliyevin rəhbərlik etdiyi nümayəndə heyəti Xorvatiya Respublikasına işgüzar səfər edib. Şuranın mətbuat xidmətindən APA-ya daxil olan məlumata görə, səfər çərçivəsində nümayəndə heyəti Xorvatiyanın QHT-lərlə Əməkdaşlıq üzrə Dövlət İdarəsi, Vətəndaş Cəmiyyətinin İnkişafı üzrə Dövlət Şurasında təşkil olunacaq bir neçə toplantıda iştirak edəcək. Şura nümayəndələri Xorvatiyada Vətəndaş cəmiyyətinin inkişafını dəstəkləyən Milli Strategiyanın icrası, dövlət büdcəsindən vətəndaş cəmiyyətinin inkişafına yönəlmiş proqramlara vəsaitlərin ayrılması üzrə standartlar və prosedurlar, maliyyələşdirmə üçün prioritet istiqamətlərin müəyyən edilməsi mexanizmləri və digər məsələlərlə bağlı müzakirələr aparacaqlar.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR