Bank Of Baku

Ekoloji qanunvericiliyin tələblərinə riayət olunmasını yoxlamaq məqsədilə araşdırma aparılıb

Ekoloji qanunvericiliyin tələblərinə riayət olunmasını yoxlamaq məqsədilə araşdırma aparılıb
# 02 noyabr 2009 09:28 (UTC +04:00)
Bakı. Kəmalə Quliyeva – APA. Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Ətraf Mühitin Mühafizəsi Departamentinin əməkdaşları oktyabrın 19-25-də ekoloji qanunvericiliyin tələblərinə riayət olunmasını yoxlamaq məqsədilə araşdırma aparıblar. Nazirliyin mətbuat xidmətindən APA-ya verilən məlumata görə, araşdırma zamanı hüquqi və fiziki şəxslər tərəfindən yol verilmiş qanun pozuntularına görə 18 akt və protokol tərtib olunub. Ümumilikdə 12 iş üzrə 22900 manat məbləğində cərimə tətbiq edilib və dəymiş ziyana görə 6 iş üzrə 3741 manat məbləğində iddia qaldırılıb. Su ehtiyatlarının mühafizəsi sahəsində 2 akt və protokol tərtib olunub və 1 iş üzrə 3500 manat məbləğində cərimə tətbiq edilib. Yerin təkinin mühafizəsi sahəsində 2 akt və protokol tərtib olunub və 7 iş üzrə 3800 manat məbləğində cərimə kəsilib.

Ətraf mühitə qanunsuz məişət və istehsalat tullantılarının yerləşdirilməsinə görə 4 protokol tərtib olunub. Floranın mühafizəsi sahəsində 10 akt və protokol tərtib olunub, 6 iş üzrə 3741 manat məbləğində iddia qaldırılıb. Faunanın mühafizəsi sahəsində isə 1 iş üzrə 4000 manat məbləğində cərimə tətbiq edilib.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR