Bank Of Baku

Hava şəraiti meteohəssas insanlarda narahatlıq yaradacaq

Hava şəraiti meteohəssas insanlarda narahatlıq yaradacaq
# 02 noyabr 2009 09:32 (UTC +04:00)
Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Departamentinin Hidrometeoroloji Proqnozlar Bürosunun baş hidroloqu Asif Verdiyevin APA-ya verdiyi məlumata görə, bu gün cənub-qərb küləyi əsəcək, günün ikinci yarısında şimal-qərb küləyinə keçəcək, axşama doğru arabir güclənəcək. Havanın temperaturu gündüz 14-16 dərəcə, axşam 12-14 dərəcə isti olacaq.

Noyabrın 3-də havanın dəyişkən buludlu olacağı, arabir tutulacağı, gecə və axşam yarımadanın bəzi yerlərində qısamüddətli az yağış yağacağı ehtimalı var. Səhər zəif duman müşahidə olunacaq. Cənub-qərb küləyi əsəcək, günün ikinci yarısında şimal-qərb küləyinə keçəcək, axşama doğru arabir güclənəcək. Havanın temperaturu gecə 11-13 dərəcə, gündüz 15-18 dərəcə isti olacaq.

Noyabrın 4-də buludlu hava şəraiti üstünlük təşkil edəcək. Arabir qısamüddətli yağış yağacağı gözlənilir. Səhər zəif duman olacaq. Şimal-qərb küləyi əsəcək, gecə və səhər arabir güclənəcək, axşam şimal-şərq küləyinə keçəcək. Havanın temperaturu gecə 9-12 dərəcə, gündüz 13-15 dərəcə isti olacaq.

Noyabrın 5-də havanın dəyişkən buludlu olacağı, arabir tutulacağı, gün ərzində əsasən yağmursuz keçəcəyi gözlənilir. Lakin noyabrın 4-dən 5-nə keçən gecə bəzi yerlərdə qısamüddətli yağış yağacağı ehtimalı var. Cənub-qərb küləyi əsəcək, günün ikinci yarısında şimal-qərb küləyinə keçəcək, arabir güclənəcək. Havanın temperaturu gecə 9-13 dərəcə, gündüz 14-16 dərəcə isti olacaq.

Azərbaycanın rayonlarında noyabrın 3-də arabir yağış yağacağı gözlənilir. Səhər ayrı-ayrı yerlərdə duman olacaq. Qərb küləyi əsəcək, arabir güclənəcək. Havanın temperaturu gecə 9-13 dərəcə, gündüz 16-19 dərəcə, dağlarda gecə 3-7 dərəcə, gündüz 10-14 dərəcə isti olacaq. Noyabrın 4-5-də əsasən gecə və axşam saatlarında bəzi yerlərdə qısamüddətli yağış yağacağı gözlənilir. Qərb küləyi əsəcək, arabir güclənəcək. Havanın temperaturu gecə 9-13 dərəcə, gündüz 14-17 dərəcə, dağlarda gecə 3-6 dərəcə, gündüz 9-13 dərəcə isti olacaq.

Tibbi-meteoroloji proqnoza əsasən, yaxın günlərdə Abşeron yarımadasında arabir güclənən şimal-qərb küləyinin üstünlüyü meteohəssas insanlarda nisbətən narahatlıq hissi yarada bilər.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR