Azərbaycan Dövlət Sosial Müdafiə Fondu «Əmək pensiyaları haqqında» Qanuna edilən son dəyişikliklərlə bağlı açıqlama yayıb
Məlumata görə, bu dəyişikliklər ölkədə həyata keçirilən sığorta-pensiya islahatlarının növbəti mərhələsidir və bu mərhələdə atılan addımlar “2009-2015-ci illərdə Azərbaycan Respublikasında sığorta-pensiya sisteminin inkişafına dair Dövlət Proqramı”nda da yer alıb. Qanuna edilən əlavə və dəyişikliklərin ən mühümü keçmiş dövrdə qazanılmış əmək pensiyası hüququnun məbləğinin müəyyənləşdirilməsi ilə bağlıdır: “Bu dəyişikliklər pensiya təyinatında yanlış hesablama qaydasını aradan qaldıracaq, bununla həm də sistemdə böyük bir şəffaflıq təmin olunacaq. Belə ki, pensiya təyinatı zamanı əsas problemlər 2006-cı ilə qədər olan dövr üçün pensiya məbləğlərinin müəyyən olunması metodikası ilə bağlıdır. Hazırda həmin qayda 2004-2005-ci illərin (və ya bundan əvvəlki istənilən ardıcıl 60 ayın) əmək haqqı arayışına istinadən hesablamaların aparılmasına əsaslanır və göstərilən tarixdən zaman keçdikcə, vətəndaşlar bu arayışların əldə edilməsində daha çox problemlərlə üzləşirlər. Bu isə müxtəlif subyektiv amillərə şərait yaradır. Bununla yanaşı, elm, təhsil, səhiyyə, mədəniyyət və s. sahələrdə uzun müddət əmək stajına malik şəxslərin əmək haqqı göstəricilərinin bəzən digər aşağı əmək stajlı şəxslərin əmək haqqı göstəricilərindən az olması səbəbindən yaranan fərqli pensiya hesablanması halları pensiyaçılar arasında haqlı narazılığa səbəb olur. Bununla bağlı 1 yanvar 2006-cı ilədək mövcud olmuş pensiya sistemi sosial sığorta prinsiplərinə əsaslanmadığından, həmin dövrdə qazanılmış pensiya hüquqlarının müəyyənləşdirilməsində əmək haqqına istinadın aradan qaldırılması, hesablamaların vahid prinsiplə əmək stajı göstəricisinə əsasən aparılması qərara alınıb”.
Məlumatda daha sonra bildirilir ki, yeni qaydaya əsasən, sığortaolunanların (pensiya təyin edilməmiş şəxslərin) 1 yanvar 2006-cı ilədək olan dövrə aid ümumi iş stajının hər ili üçün 170 manat pensiya kapitalının hesablanması nəzərdə tutulur: “Göstərilən yeni sadələşdirilmiş qaydanın tətbiqi bütün sığortaolunanlar üzrə 1 yanvar 2006-cı ilədək qazanılmış pensiya hüquqlarının ilkin pensiya kapitalı şəklində fərdi hesablarda qeydiyyatının aparılmasına imkan verəcək ki, bu da gələcəkdə vətəndaşlardan heç bir sənəd almadan müasir Avropa standartlarına uyğun avtomatlaşdırılmış pensiya təyinatına şərait yaradacaq”.
Bundan əlavə, tətbiq olunacaq qaydanın aşağıdakı digər üstünlükləri də var:
- 01.01.2006-cı ilədək olan dövrdəki ən yüksək orta aylıq əmək haqqı (2004-2005-ci illər) götürülüb və bütün fəaliyyət dövrünə şamil edilib (baxmayaraq ki, 2004-2005-ci illərdən əvvəlki dövrün orta aylıq əmək haqqı məbləğləri xeyli aşağıdır).
- Sosial sığorta 1992-ci ildən tətbiq olunsa da, vətəndaşın bütün işlədiyi dövrə sığorta kapitalı hesablanır ki, bu da əvvəlki dövrdə qazanılmış hüquqların (əmək stajlarının) sığorta-pensiya sisteminə tam inteqrasiyası deməkdir.
- Nəzərə almaq lazımdır ki, bu qayda 01.01.2010-cu il tarixdən sonra pensiyaya çıxanlara şamil ediləcək ki, bu da yeni təyin olunan pensiya məbləğlərinin artımı deməkdir. Təklif olunan qaydanın tətbiqi nəticəsində minimum məbləğlə pensiya təyinatı aradan qaldırılacaq.
Yeni qaydaya görə,
1) pensiyaya çıxan hər bir şəxsin əmək kitabçası üzrə 2006-cı ilə qədər əmək stajının hər ilinə 170 manat pensiya kapitalı veriləcək. Alınan məbləğin üzərinə son 4 ilin inflyasiya faizləri gəlinərək 144-ə bölünəcək. Bundan sonra şəxsin son 4 ildə fərdi hesabına yığılan sığorta kapitalı da 144-ə bölünərək, alınan məbləğlər toplanacaq. Bununla pensiyanın sığorta hissəsi müəyyən olunacaq.
2) Pensiyanın sığorta hissəsinin üzərinə baza pensiyası əlavə olunacaq və cəmi pensiya məbləği müəyyənləşəcək.
Burada 170 manat “Əmək pensiyaları haqqında” Qanunun qəbul olunduğu 01.01.2006-cı ilə qədər olan ən yüksək orta aylıq əməkhaqqına görə fərdi hesaba toplanmalı olan illik sosial sığorta məbləği (pensiya kapitalı), 144 isə gözlənilən pensiya ödənişi müddətidir (12 il, yəni 144 ay).
Bu hesabla 2006-cı ilə qədər 12 il iş stajı olan şəxs azı 90 manatdan yuxarı pensiya ala biləcək. Məsələn, 2010-cu ildə pensiyaya çıxacaq 40 il stajı olan şəxsin pensiyasını hesablasaq, bunun 36 ili 2006-cı ilə qədər olan köhnə, 4 ili yeni sistemə düşür. Bu zaman 36 il 170-ə vurulur, üzərinə gəlinir 2006, 2007, 2008-ci illərin inflyasiya faizləri, yəni 8,3 faiz, 16,7 faiz, 20,8 faiz. Alınan 9434 manat 144-ə bölünür. Alınır 65 manat.
Şəxsin son 4 ildə 300 manat maaşına tətbiq olunan sosial sığorta haqları əsas götürməklə fərdi hesabında yığılan sığorta kapitalına görə sığorta hissəsini də hesablasaq, bu 20 manat edir. Beləliklə, cəmi sığorta hissəsi 65+20=85 manat edir. Üzərinə gəlinir pensiyanın baza hissəsi, yəni 75 manat. Cəmi edir 160 manat. Halbuki statistik göstəricilərin təhlili göstərir ki, yüksək əmək stajlarının olmasına baxmayaraq, son illər pensiyaların 60,8%-i minimum məbləğdə (yəni 75 manat) təyin olunub.
Sosial
Zakir Fərəcov Almaniyanın Lüdviqshafen şəhərinə səfər edib - FOTOLENT
Türkiyədə meşə yanğınları ilə bağlı 40 min hektar ərazi külə dönüb
FHN tərəfindən silsilə maarifləndirmə tədbirləri keçirilib - FOTOLENT
"Heydər Əliyev Kuboku" uğrunda turnirin qalibi FHN komandası olub
Xəbər Lenti
İsrail ordusunun Baş Qərargah rəisi: Livanla tarixi razılaşma hərbi uğurlar sayəsində mümkün olub
Venesuelada zəlzələnin miqyası böyüyür, 60 min bina dağılıb və ya zədələnib
Ağdərədə baş verən qəzada xəsarət alanların adları açıqlanıb - FOTO - YENİLƏNİB-3
ÜST-ün baş direktoru: Avropada isti havalara görə, 1300-dən çox ölüm hadisəsi qeydə alınıb
Lerikdə avtomobil dərəyə aşıb, xəsarət alanlar var
Sabahın havası meteohəssas insanlar üçün əlverişlidir
Türkiyədə 4,1 bal gücündə zəlzələ olub
Fransa 11 nəfərin öldüyü təyyarə qəzasının səbəbini açıqlayıb - YENİLƏNİB
Gəncədə sükan arxasında infarkt keçirən sürücü ölüb - FOTOLENT - YENİLƏNİB-2
Səudiyyə Ərəbistanında helikopter qəzaya uğrayıb, 14 nəfər ölüb
İran və ABŞ arasında qarşılıqlı hücumlar artır – SON VƏZİYYƏT
Qiymətləndirmə fəaliyyəti ilə məşğul olmaq istəyən şəxslər üçün ixtisas imtahanı keçirilib
Hakim vəzifəsinə qəbul olmaq istəyən namizədlər üçün tеst imtаhаnı keçirilib
Cüdoçularımızdan Avropa Açıq Turnirində 3 medal qazanıb
Fransada rekord istilər qeydə alınıb, minə yaxın insan ölüb
Zakir Fərəcov Almaniyanın Lüdviqshafen şəhərinə səfər edib - FOTOLENT
İsrail hökuməti “erməni soyqırımı”nı tanımağa yekdilliklə səs verib, layihə Knessetə çıxarılacaq
Türkiyədə meşə yanğınları ilə bağlı 40 min hektar ərazi külə dönüb
DİM: İyunun 27-də keçirilməli olan qabiliyyət imtahanı təxirə salınıb, iyulun 7-də keçiriləcək
Rusiyadan Ermənistana Azərbaycandan tranzit keçməklə 11 vaqon buğda göndərilib - FOTOLENT - VİDEO - YENİLƏNİB-2
Sabah çimərliklərdə hava küləkli olacaq
Bakıda külək əsir, rayonlarda yağış yağır - FAKTİKİ HAVA
İran Bəhreynə zərbə endirib, yaşayış binasına zərər dəyib, daha qəti addımlar olacağı bəyan edilib
Azərbaycanın rayonlarında şimşək çaxacaq, dolu düşəcək - PROQNOZ
KİV: Ukrayna Rusiya hərbi-sənaye kompleksinə zərbələrin sayına görə rekord müəyyənləşdirib
Kallas: Aİ Venesuelaya zəlzələdən sonra dəstək üçün 5 milyon avro ayırıb
İran İtaliyanı ABŞ-İsrail müharibəsinə dəstəyə görə tənqid edib
FHN tərəfindən silsilə maarifləndirmə tədbirləri keçirilib - FOTOLENT
DÇ-2026: Messi dünya mediasının gündəmi olub
Ukrayna Rusiyanın ən müasir silahlarının sirlərini açıqlayıb
Keniyada təhsildə ingilis dilinə etiraz edilir
Təhlükəli motosiklet sürücüsünü polis saxlayıb
Venesuelada zəlzələ qurbanlarının sayı getdikcə artır - YENİLƏNİB
İsrail ordusu Livanda “Hizbullah” üzvlərini öldürdüyünü açıqlayıb
DÇ-2026: pley-off mərhələsinə yüksələn komandalar və turnir cədvəlində son vəziyyət
Rusiya gecə saatlarında Kiyevə hücum edib, yaralananlar var
İranın xarici işlər naziri İraqa səfər edib
İran XİN: ABŞ öz öhdəliklərinə heç bir dəyər vermir
BFMTV: Parisdə anomal istilər səbəbindən morqlar dolub
DÇ-2026: Argentina, Avstriya və Əlcəzair 1/16 finala yüksəlib
Sikorski: Zelenski və Putin birbaşa danışıqlar aparmalıdır
Yaponiyada 6 bal gücündə zəlzələ baş verib
DÇ-2026: Portuqaliya, Kolumbiya və DR Konqo 1/16 finala yüksəlib
SEPAH ABŞ-ın Küveyt və Bəhreyndəki hərbi infrastrukturuna zərbələr endirdiyini açıqlayıb
Argentina Prezident Administrasiyasının rəhbəri korrupsiya iddiaları fonunda istefa verib
Tramp: İran hücumları davam etdirsə, ABŞ hərbi əməliyyatları genişləndirə bilər
FP: ABŞ-ın Yaxın Şərqdə hərbi mövcudluğunu artırması əks nəticə verir
DÇ-2026: İngiltərə, Xorvatiya və Qana 1/16 finala yüksəlib
BMT: Venesueladakı zəlzələ 6,7 milyondan çox insana təsir göstərə bilər
ABŞ İranda bir neçə hərbi obyektə zərbələr endirdiyini açıqlayıb