Bank Of Baku

Respublika Taun Əleyhinə Stansiya Azərbaycan vətəndaşlarını “donuz qripi” geniş yayılmış ölkələrə getməməyə çağırır

Respublika Taun Əleyhinə Stansiya Azərbaycan vətəndaşlarını “donuz qripi” geniş yayılmış ölkələrə getməməyə çağırır
# 02 noyabr 2009 12:09 (UTC +04:00)
Bakı. Kəmalə Quliyeva – APA. Azərbaycan vətəndaşlarının A/H1N1 qripinin (“donuz qripi”) geniş yayılmış ölkələrə getməməsi məsləhət görülür. Respublika Taun Əleyhinə Stansiyanın direktor müavini Şair Qurbanov APA-ya bildirib ki, Azərbaycanla qonşu ölkələrdə virusa yoluxma halları artmaqdadır: “Buna görə də sərhəd-keçid məntəqələri və gömrük orqanları virus qeydə alınan ölkələrdən Azərbaycana gələn vətəndaşları daha diqqətlə yoxlamalıdır. Əgər çox vacib deyilsə, ölkə vətəndaşlarına bu ölkələrə səfərlərdən çəkinmək tövsiyə olunur. Bu, həm də Ümumdünya Səhiyyə Təşkilatının əsas tövsiyələrindən biridir”.

Ş. Qurbanovun sözlərinə görə, vətəndaşlar virusdan qorunmaq üçün ilk növbədə şəxsi gigiyenaya əməl etməlidirlər: “İctimai nəqliyyatda hərəkət etdikdən, hər hansı əşyaya toxunduqdan sonra mütləq əlləri sabunla və ya dezinfeksiyaedici məhlullarla yumaq lazımdır. Qrip əlamətli müşahidə edilən insanlar kollektivdən aralanmalı və dərhal həkim çağırmalıdırlar. Müəssisə rəhbərlərindən bu məsələyə diqqətli yanaşmaları tələb olunur. Məktəblərdə şagirdlər arasında təbliğatı gücləndirmək lazımdır. Onlar bir yerə çox toplaşmamalı, əllə görüşməməli, bir-birləri ilə öpüşməməlidirlər. Valideynlərə isə tövsiyə olunur ki, övladlarında qrip əlamətləri müşahidə etsələr, dərhal həkimə müraciət etsinlər. Qrip vaxtında aşkarlanarsa, həyat üçün heç bir təhlükə yaratmır”.

Qeyd edək ki, bu ilin aprelindən indiyədək Respublika Taun Əleyhinə Stansiyada temperaturu 38 dərəcə və daha artıq olan 1043 insan müayinədən keçirilib. Onların yalnız 2-də xaricdən gətirilmiş qrip hadisəsi qeydə alınıb. Hər iki şəxs müalicə olunub.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR