Bank Of Baku

Azərbaycanın Rusiyadakı səfirliyi Moskva məktəblərinə kompüter avadanlığı hədiyyə edib

Azərbaycanın Rusiyadakı səfirliyi Moskva məktəblərinə kompüter avadanlığı hədiyyə edib
# 02 noyabr 2009 12:38 (UTC +04:00)
Bakı. Laçın Sultanova-APA. Azərbaycanın Rusiyadakı səfirliyi Moskvanın 3 ümumtəhsil məktəbinə kompüter avadanlığı hədiyyə edib. APA-nın səfirliyə istinadən yaydığı məlumata görə, 1331, 544 və 1233 saylı məktəblərdə 200-dan artıq azərbaycanlı uşaq təhsil alır. Hədiyyəni təqdim edən səfirliyin əməkdaşları bildiriblər ki, bu aksiyanın məqsədi soydaşlarımızın təhsil aldıqları təhsil ocaqlarının maddi-texniki bazasını möhkəmləndirmək, oradakı təhsilin səviyyəsini müasir tələblərə qaldırmaq üçün məktəblərə yardım etməkdir. Diplomatlar məktəb rəhbərliyi və müəllim kollektivi, şagirdlər və onların valideynləri ilə söhbət edib, tədris prosesi ilə tanış olublar. Məktəb direktorları səfir Polad Bülbüloğluna və səfirliyin nümayəndələrinə diqqət və qayğıya görə minnətdarlıqlarını bildiriblər. Görüşlər zamanı təhsil prosesində etnomədəni komponentin inkişaf etməsinin vacibliyi qeyd olunub, əsas fənlər üzrə dərsliklərə əlavə kimi xüsusi adaptasiya olunmuş tədris proqramları və metodikalarının hazırlanması qeyd olunub.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR