Bank Of Baku

Azərbaycan və Moskva mədəniyyət və incəsənət universitetləri arasında əməkdaşlıq haqqında saziş imzalanıb

Azərbaycan və Moskva mədəniyyət və incəsənət universitetləri arasında əməkdaşlıq haqqında saziş imzalanıb
# 02 noyabr 2009 12:49 (UTC +04:00)
Bakı. Laçın Sultanova-APA. Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universiteti ilə Moskva Dövlət Mədəniyyət və İncəsənət Universiteti arasında əməkdaşlıq haqqında saziş imzalanıb. APA-nın Azərbaycanın Rusiyadakı səfirliyinə istinadən məlumatına görə, müddətsiz sənədi rektorlar Timurçin Əfəndiyev və Ramazan Abdulatipov imzalayıblar. Saziş iki təhsil ocağı arasında əməkdaşlığın geniş spektrini, o cümlədən kadr hazırlığı, tələbə mübadiləsi, elmi əməkdaşlıq, müəllim heyətinin təkmilləşdirilməsi, müxtəlif elmi və tələbə konfransların, mədəni-humanitar xarakterli tədbirlərin keçirilməsini nəzərdə tutur. Rektorlar imzalanmış sənədi yüksək qiymətləndirib, dost ölkələrin təhsil və humanitar sistemləri üçün vacib əhəmiyyət kəsb etdiyini, iki ölkə arasında humanitar əməkdaşlığın ümumi kontekstinə uyğun olduğunu və böyük gələcəyi olduğunu deyiblər.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR