Bank Of Baku

Azərbaycandakı 576 bələdiyyə üzrə 4066 nəfərin namizədliyi qeydə alınıb

Azərbaycandakı 576 bələdiyyə üzrə 4066 nəfərin namizədliyi qeydə alınıb
# 02 noyabr 2009 14:47 (UTC +04:00)
Bakı. Elnur Məmmədli – APA. Noyabrın 2-nə qədər qədər Azərbaycandakı 1718 bələdiyyə üzrə 27 181 nəfərin namizədliyi təsdiqlənib. Mərkəzi Seçki Komissiyasının mətbuat xidmətindən APA-ya daxil olan məlumata görə, həmin şəxslərdən 5166 nəfəri qadındır. Namizədliyi təsdiqlənən şəxslərin 13 497-si ali təhsillidir. Onların 25 786 nəfəri dairə seçki komissiyalarından imza vərəqələri alıb, 12 233 nəfəri isə namizədliklərinin qeydə alınması üçün tələb olunan sayda imzaları toplayaraq digər sənədlərlə birlikdə müvafiq dairə seçki komissiyalarına təqdim ediblər. Artıq 576 bələdiyyə üzrə 4066 nəfərin namizədliyi qeydə alınıb.

Namizədlikləri özü tərəfindən irəli sürülən şəxslərdən 7224 nəfəri bitərəfləri, digərləri isə 28 siyasi partiyanı əhatə edir. 17 siyasi partiya isə rəsmi olaraq seçki marafonuna qoşularaq bələdiyyə üzvlüyünə namizədlərini irəli sürüb.

Qeyd edək ki, builki seçkilərdə 1718 bələdiyyə üzrə 15 682 bələdiyyə üzvü seçilməlidir.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR