Bank Of Baku

Ankara Universitetinin nümayəndələri Azərbaycan Dillər Universitetində olub

Ankara Universitetinin nümayəndələri Azərbaycan Dillər Universitetində olub
# 03 noyabr 2009 01:32 (UTC +04:00)
Bakı – APA. Azərbaycan Dillər Universitetinin (ADU) rektoru, Milli Məclisin Beynəlxalq əlaqələr komitəsinin rəhbəri, AŞ PA-nın vitse-prezidenti, millət vəkili, professor Səməd Seyidov Türkiyənin Ankara Universitetinin nümayəndələri Cəmil Kurt, Ertan Gökmən və “BİLEMEK” şirkətinin direktoru Ergün Özkalaycını qəbul edib.

ADU-nun mətbuat xidmətindən APA-ya verilən məlumata görə, qonaqları salamlayan S.Seyidov bildirib ki, universitetlərarası əlaqələrin genişləndirilməsi Azərbaycan-Türkiyə münasibətlərinə kömək və dəstək deməkdir: “Biz bir millət iki dövlətik. İki millət arasında ən möhkəm əlaqələri də məhz təhsil qurur. Türkiyənin Hacəttəpə Universiteti ilə əlaqələrimiz başqa universitetlərlə əlaqələrimizə bir nümunədir. Biz əlaqələri daha da genişləndirməli, eyni prinsiplə işləməli, eyni dəyərlərə xidmət etməliyik”.

S.Seyidova Ankara Universitetinin rektoru, professor Cemal Taluğun salamlarını çatdıran Ertan Gökmen qardaş ölkə ilə münasibətləri daha yüksək səviyyəyə çatdırılması üçün universitetlərarası əlaqələrin böyük rol oynadığını bildirib.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR