Bank Of Baku

Bu il Sumqayıtda 79 liftdə cari təmir işləri aparılıb

Bu il Sumqayıtda 79 liftdə cari təmir işləri aparılıb
# 02 noyabr 2009 22:25 (UTC +04:00)
Sumqayıt. Rəşad Süleymanov – APA-Economics. Cari ilin yanvar-sentyabr aylarında Sumqayıt şəhərinin yaşayış binalarında 79 lift cari təmir olunub. Bu barədə «APA-Economics»ə Sumqayıt şəhər İcra Hakimiyyətindən məlumat verilib.

Bundan əlavə, şəhər «Lift-Servis» Birliyi tərəfindən yaşayış binalarında 565, səhiyyə müəssisələrində isə 14 liftə texniki qulluq göstərilib, həmçinin 3 yeni lift quraşdırılaraq sakinlərin istifadəsinə verilib.

Qeyd edək ki, ümumilikdə Sumqayıt şəhərində mövcud olan 586 liftdən 562-si istismardadır.

Sumqayıt şəhərinin 60 illiyi ilə bağlı yubiley tədbirləri ilə əlaqədar olaraq 2009-cu ildə şəhərin yaşayış binalarında 15 yeni liftin quraşdırılması, istismar müddəti ötmüş 15 liftin yenisi ilə əvəz edilməsi və istismarda olan 85 liftin əsaslı, 110 liftin isə cari təmiri nəzərdə tutulub.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR