Bank Of Baku

Sumqayıtda gənclər üçün insan haqları kursu keçirilib

Sumqayıtda gənclər üçün insan haqları kursu keçirilib
# 03 noyabr 2009 07:58 (UTC +04:00)
Sumqayıt – APA. Sumqayıtda Avropa Komissiyasının “Gənclər fəaliyyətdə” proqramı çərçivəsində “İnsan haqları fəaliyyətdə” təlim kursu keçirilib. Bu barədə APA-ya Sumqayıt şəhər İcra Hakimiyyətindən məlumat verilib.

Böyük Britaniyanın “British Council” agentliyi tərəfindən maliyyələşən bu Beynəlxalq təlimdə Böyük Britaniya, Türkiyə, Gürcüstan, Ukrayna, Bolqarıstan və azərbaycanlı gənclər iştirak edib.

Təlim gənclərin insan haqları sahəsində biliklərini gücləndirməklə yanaşı, onlara bu sahədə mövcud olan qeyri-formal təhsil metodlarını da aşılayıb. 5 gün davam edən təlim zamanı gənclər eyni zamanda Azərbaycanın müxtəlif tarixi abidələri ilə tanış olmaq fürsəti əldə edib.

Qeyd edək ki, “Gənclər fəaliyyətdə” proqramı Avropa Birliyinin gənclər siyasəti sahəsində icra etdiyi ən böyük proqramdır və hər il bu proqram sayəsində yüzlərlə təlim kursu, seminar, simpozium, könüllülük proqramı və s. icra edilir.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR