Bank Of Baku

Milli Kitab Mükafatının təqdimat mərasimi keçirilib

Milli Kitab Mükafatının təqdimat mərasimi keçirilib
# 03 noyabr 2009 09:50 (UTC +04:00)
Bakı. Kəmalə Quliyeva – APA. Bu gün Mirzə Fətəli Axundov adına Milli Kitabxanada Milli Kitab Mükafatının təqdimat mərasimi keçirilib. APA-nın məlumatına görə, təqdimat mərasimində çıxış edən mədəniyyət və turizm naziri Əbülfəs Qarayev bildirib ki, Milli Kitab Mükafatının təsisi böyük marağa səbəb olacaq, ədəbi prosesi möhkəmləndirəcək, yeni əsərlərin meydana gəlməsini stimullaşdıracaq.

Milli Kitab Mükafatının təsisçisi, “Əli və Nino” kitab evinin sahibəsi Nigar Köçərli isə bildirib ki, ilin ən böyük hadisəsinə çevrilmək iddiasında olan Milli Kitab Mükafatı layihəsi bir neçə mərhələdə həyata keçiriləcək. Müsabiqəyə hekayə, povest, roman və digər ədəbi üsullarda yazılmış nəsr əsərləri qəbul olunacaq. Müsabiqəyə müəllifin vətəndaşlığından asılı olmayaraq, Azərbaycan dilində yazılmış bütün əsərlər və əsərin dilindən asılı olmayaq Azərbaycan vətəndaşı tərəfindən yazılmış əsərlər təqdim oluna bilər. Namizəd əsərlər minimum 4000 çap işarəsi həcmində olmalıdır. Müsabiqəyə yalnız mükafatın təqdimat günündən 10 il əvvəlki müddət ərzində yazılmış əsərlər təqdim oluna bilər. N. Köçərlinin sözlərinə görə, namizəd əsərlər dekabrın 31-dək qəbul olunacaq. Yanvarın 26-da müsabiqəyə təqdim olunmuş 20 əsər münsiflər heyəti tərəfindən dəyərləndiriləcək. Fevralın 10-da isə 10 əsərin daxil olduğu kiçik siyahı Milli Kitab Mükafatının rəsmi internet səhifəsində yerləşdiriləcək və arzu edənlər üçün online səsvermə imkanı yaradılacaq. Mayın 1-də isə üç qalibin adı bəlli olacaq. Birinci yerin qalibinə 3 min, ikinci yerin qalibinə 2 min, üçüncü yerin qalibinə isə min manat məbləğində mükafat təqdim ediləcək.

Bildirilib ki, Gənclər və İdman Nazirliyi gənclər arasında ədəbiyyata marağı artırmaq və gənc yazarları dəstəkləmək məqsədi ilə 1000 manat dəyərində öz mükafatını təsis edib. Mükafatın təşkilatçılarından olan “Qarant sığorta” şirkəti də sığorta mövzusunda ən maraqlı kiçik hekayə qalibinə 1000 manat və mənzilin 100 min manat dəyərində sığortasını hədiyyə kimi təsis edib.

Qeyd edək ki, tədbirin maliyyə dəstəyini “Azersun Holding” Şirkətlər Qrupu həyata keçirib.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR