Bank Of Baku

BQXK Tərtərdə məcburi köçkünlərin təhlükəsiz içməli sudan maneəsiz istifadəsinə imkan verən layihə həyata keçirib

BQXK Tərtərdə məcburi köçkünlərin təhlükəsiz içməli sudan maneəsiz istifadəsinə imkan verən layihə həyata keçirib
# 03 noyabr 2009 10:02 (UTC +04:00)
Bakı. Kəmalə Quliyeva – APA. Beynəlxalq Qızıl Xaç Komitəsinin (BQXK) Azərbaycan nümayəndəliyi Tərtər rayonunun Həsənqaya kəndində çox hissəsi qadınlar və uşaqlar olan 100 nəfər məcburi köçkünün təhlükəsiz içməli sudan maneəsiz istifadə etməsinə imkan verən layihə həyata keçirib. Bu barədə APA-ya BQXK-dən məlumat verilib. BQXK-nın layihənin həyata keçirilməsinə məsul olan mühəndisi Bakir Quliyev bildirib ki, məcburi köçkünlərin gündəlik həyatları çətindir və cəbhə xəttinə yaxın ərazidə yerləşmələri bu insanların təhlükəsizliyinə xələl gətirir: ”Onların istifadə etdikləri əsas su mənbəyi suyu çox keyfiyyətsiz olan Tərtər çayı idi. Bu su mənbəyi əhalinin sağlamlığı üçün təhlükə törədirdi. Su quyusunun, su çəninin tikilməsi və su kranlarının quraşdırılması Həsənqaya sakinlərinin həyat şəraitini yaxşılaşdırıb. BQXK Həsənqaya kəndinin sakinləri və rayonun yerli hakimiyyət orqanları birgə içməli sudan təhlükəsiz istifadə imkanı verən su layihəsini həyata keçirməyə müvəffəq oldu".

Məlumata görə, BQXK Həsənqaya kənd məktəbində təmir işlərinin aparılması üçün lazım olan tikinti materialları verməklə də yardım göstərib. Dam örtüyünün və pəncərələrin quraşdırılmasından sonra əvvəllər məktəbə getmək üçün 5 kilometr yol qət etməli olan 35 nəfər şagird artıq qış vaxtı təhsillərini öz kəndlərində ala biləcəklər.

Qeyd edək ki, 2008-ci ildən başlayaraq BQXK yerli hökumət orqanları və icma üzvləri ilə birgə Azərbaycanın Ermənistanla sərhədi boyunca yerləşən Əyridərə kəndində, Füzuli rayonunun cəbhə xəttinə yaxın ərazidə yerləşən Şükürbəyli kəndində və Ağcabədi rayonunun cəbhə xəttinə yaxın olan iki kəndində - Yuxarı Qiyaməddinli və Mirzənağılar kəndlərində su təchizatı layihələrini həyata keçirib. Nəticədə müharibədən zərər çəkmiş ərazilərdə yaşayan 4000 sakin içməli sudan istifadə imkanı əldə edib.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR