Bank Of Baku

Azərbaycanın şimal rayonlarında çaylarda suyun artması körpülər üçün təhlükəli vəziyyət yaradıb

Azərbaycanın şimal rayonlarında çaylarda suyun artması körpülər üçün təhlükəli vəziyyət yaradıb
# 03 noyabr 2009 11:43 (UTC +04:00)
Quba. Könül Abdullayeva-APA. Aramsız yağan yağışlar nəticəsində Azərbaycanın şimal rayonlarında havanın temperaturu 7-10 dərəcə aşağı düşüb. Quba Regional Hidrometeorologiya Müəssisəsindən APA-ya verilən məlumata görə, şimal istiqamətindən Azərbaycana daxil olan soyuq və yağmurlu hava Qusar və Quba rayonlarında daha çox özünü büruzə verir. Aramsız yağışlar dağ çaylarında suyun həcmini 10-12 kubmetr artırıb. Bəzi ərazilərdə sel təhlükəsi yaranıb. Bölgədən keçən Qudyalçay, Vəlvələ və Qusarçay artıq uçqun və dağıntılar yaratmaqdadır. Çaylarda suyun artması avtomobil yollarının üzərində yerləşən körpülər üçün təhlükəli vəziyyət yaradıb. Xüsusilə Vəlvələçay üzərindəki körpü hazırda təhlükəli haldadır. Çay yatağı dərinləşdiyindən körpünün dayaqları artıq hər gün hissə-hissə uçulub dağılmağa başlayıb. Qeyd edək ki, Vəlvələçayın gətirdiyi sel ötən ildə də bir sıra dağıntılar törədib. Çay yatağının genişlənməsi Bakı-Quba yolunun üzərindəki körpüdə qəza vəziyyəti yaradıb. Həmçinin hər iki sahil boyu uçulmaqda davam edən yarğanlar artıq bir sıra tikililərin dağılmasına, təsərrüfat sahələrinin isə məhvinə səbəb olmaqdadır. Hazırda bir neçə ərazidə seldən müdafiə məqsədilə sahilbərkitmə işləri aparılır.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR