Bank Of Baku

Dövlət Qulluğu Məsələləri üzrə Komissiya sədrinin rəhbərlik etdiyi nümayəndə heyəti Koreyada səfərdə olub

Dövlət Qulluğu Məsələləri üzrə Komissiya sədrinin rəhbərlik etdiyi nümayəndə heyəti Koreyada səfərdə olub
# 03 noyabr 2009 12:17 (UTC +04:00)
Bakı-APA. Koreya Respublikasının Dövlət İdarəçiliyi və Təhlükəsizliyi Nazirliyinin dəvəti ilə Azərbaycan Respublikasının Prezidenti yanında Dövlət Qulluğu Məsələləri üzrə Komissiyanın sədri Bəhram Xəlilovun rəhbərlik etdiyi nümayəndə heyəti bu ölkədə səfərdə olub. Komissiyanın mətbuat xidmətindən APA-ya verilən məlumata görə, səfərin məqsədi Koreyanın dövlət idarəçiliyi və dövlət qulluğu sistemi ilə tanış olmaq, iki ölkə arasında dövlət qulluğu sahəsində əməkdaşlıq istiqamətlərini müzakirə etməkdən ibarət olub. Səfər çərçivəsində Koreya Respublikasının Dövlət İdarəçiliyi və Təhlükəsizliyi nazirinin birinci müavini cənab Cunq Chanq Sub ilə görüş keçirilib.
Nazirliyin Dövlət qulluğu departamentinin rəisi ilə görüşdə isə Koreyanın dövlət qulluğu sistemi barədə təqdimat olub, Koreyanın elektron hökuməti, vətəndaşlara göstərilən elektron xidmət, elektron sənədlərin dövriyyəsi və Elektron İnsan Resursları İdarəetmə sistemi barədə məlumat verilib.

Bundan başqa nümayəndə heyəti Koreya Respublikasının Dövlət Qulluqçularının Mərkəzi Təlim İnstitutunda olub. İnstitutun prezidenti ilə keçirilən görüşdə Təlim İnstitutunun təlim və təhsil proqramları haqqında nümayəndə heyətinə məlumat verilib.
Koreya tərəfi Azərbaycanın dövlət qulluqçularının da bu İnstitutda təlim keçməsində maraqlı olduğunu qeyd edib və tərəflər arasında bu barədə əməkdaşlığın perspektivləri müzakirə olunub.
Görüşlər zamanı Azərbaycanda dövlət qulluğu sahəsində həyata keçirilən islahatlar Koreya hakimiyyəti təmsilçiləri tərəfindən böyük maraqla qarşılanıb və əldə olunan uğurlar yüksək qiymətləndirilib.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR