Bank Of Baku

Gənclər və idman nazirinin müavini Buxarest gəncləri ilə görüşüb

Gənclər və idman nazirinin müavini Buxarest gəncləri ilə görüşüb
# 03 noyabr 2009 15:02 (UTC +04:00)
Bakı. Kəmalə Quliyeva – APA. Heydər Əliyev Fondunun dəvəti ilə gənclər mübadiləsi proqramı çərçivəsində Azərbaycanda səfərdə olan Buxarest gənclərindən ibarət nümayəndə heyəti gənclər və idman nazirinin müavini İntiqam Babayevlə görüşüb. Nazirliyin mətbuat xidmətindən APA-ya bildiriblər ki, qonaqlara gənclər və idman siyasəti haqda geniş məlumat verən İ. Babayev son 20 il ərzində gənclər sahəsində 20-dən artıq normativ sənədin işlənib hazırlandığını, gənclər siyasətini əhatə edən bir sıra qanunların qüvvəyə mindiyini diqqətə çatdırıb. Azərbaycanın dini baxımdan ən tolerant ölkə olduğunu bildirən İ. Babayev mədəniyyətlərarası dialoq çərçivəsində müxtəlif ölkələrin gəncləri ilə əlaqələr qurulduğunu, Heydər Əliyev Fondunun rəhbərliyi altında bir sıra mühüm layihələrin həyata keçirildiyini vurğulayıb. Onun sözlərinə görə, hazırda Azərbaycanda 170-dən çox gənclər təşkilatı fəaliyyət göstərir.

Rumıniya gəncləri zəngin proqram üçün Azərbaycan hökumətinə öz təşəkkürlərini bildiriblər.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR