Bank Of Baku

Naxçıvanda bir gündə 10 mindən çox ting əkilib

Naxçıvanda bir gündə 10 mindən çox ting əkilib
# 03 noyabr 2009 22:15 (UTC +04:00)
Naxçıvan. Elmar Hüseynov - APA. Ekoloji tarazlığın bərpası, yaşıllıqların artırılması məqsədilə Naxçıvan MR-də payız mövsümü ağac əkininə start verilib.

Naxçıvan MR Ekologiya və Təbii Sərvətlər Nazirliyindən APA-nın yerli bürosuna verilən məlumata görə, ağac əkininə ötən həftənin şənbə günündən başlanılıb. Ağac əkinində iştirak edənlər bir gündə 10 mindən çox ağac əkiblər. Ümumilikdə muxtar respublika ərazisində 8260 ədəd meyvə, 4122 ədəd meşə ağacı, 1000 ədəd gül kolu əkilib.

Nazirlikdən verilən məlumata görə, payız mövsümü ağac əkini qarşıdakı həftələrdə davam edəcək. Bölgədə ilin sonuna kimi 100 mindən çox ağacın əkilməsi nəzərdə tutulur.

Qeyd edək ki, Azərbaycan prezidenti İlham Əliyevin sərəncamı ilə 2010-cu il ölkəmizdə ekologiya ili olacaq.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR