Bank Of Baku

Kür və Araz transsərhəd çaylarında çirklənmə səviyyəsinin monitorinqinin nəticələri açıqlanıb

Kür və Araz transsərhəd çaylarında çirklənmə səviyyəsinin monitorinqinin nəticələri açıqlanıb
# 04 noyabr 2009 07:37 (UTC +04:00)
Bakı. Kəmalə Quliyeva – APA. Ekologiya və Təbii Sərvətlər Nazirliyinin (ETSN) Ətraf Mühit üzrə Milli Monitorinq Departamenti Kür və Araz transsərhəd çaylarının və onların transsərhəd qollarının oktyabr ayının III ongünlüyü üçün çirklənmə səviyyəsinin monitorinqinin nəticələrini açıqlayıb. ETSN-nın mətbuat xidmətindən APA-ya verilən məlumata görə, oktyabr ayının III ongünlüyündə Kür çayında suyun sərfi oktyabr ayının II ongünlüyünə nisbətən 41 m3/san azalaraq 146 m3/san təşkil edib. Monitorinqin nəticələrinə əsasən, Kür çayının Gürcüstan və Ermənistan ərazilərindən təmizlənmədən birbaşa su obyektlərinə axıdılan məişət tullantıları və sənaye müəssisələrinin çirkab sularının təsiri nəticəsində biogen maddələrin miqdarı normadan dəfələrlə artıq olub. Suyun tərkibindəki spesifik çirkləndiricilərdən fenol və mis birləşmələri yol verilən qatılıq həddini (YVQH) keçib. Belə ki, Şıxlı-2 məntəqəsində suyun əsas çirkləndiricilərindən fenollar 2, mis birləşmələri 3, Ağstafaçay məntəqəsində fenollar 3 , mis birləşmələri 5, Ağstafaçay su anbarında isə fenollar 2 və mis birləşmələri 5 dəfə YVQH-ni keçib.
Monitorinqin nəticələrinə görə, Ermənistan ilə transsərhəd olan Araz çayında suyun sərfi 95,8 m3/san olub. Horadiz məntəqəsində suyun əsas çirkləndiricilərindən olan fenollar 3, mis birləşmələri 4, I Şahsevən məntəqəsində fenollar 3, mis birləşmələri 2, Bəhramtəpə məntəqəsində fenollar 2, mis birləşmələri 3 dəfə YVQH-ni keçib.
Suyun oksigen rejimi bütün məntəqələrdə 5,46-6,70 mq/l arasında olmaqla sanitar norma daxilində dəyişib.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR