Bank Of Baku

İstanbulun Aydın Universitetinin kafedra müdiri: “Azərbaycandakı həmkarlarımızla güclü əlaqələr yaratmaq istəyirik” – FOTO

İstanbulun Aydın Universitetinin kafedra müdiri: “Azərbaycandakı həmkarlarımızla güclü əlaqələr yaratmaq istəyirik” – <font color=red>FOTO </font>
# 04 noyabr 2009 08:03 (UTC +04:00)
İstanbul. Mayis Əlizadə - APA. “Biz fəaliyyətimizə Anadolu Ali Peşə Məktəbi kimi başlamışıq. O vaxt ən böyük hədəfimiz keyfiyyətli insan qüvvəsi yetişdirmək idi. Buna görə də biz universitetimizdə hansı fakültələrin açılacağını əvvəlcədən dəqiq şəkildə müəyyənləşdirmişdik. Universiteti yaradarkən vətəndaşların da fikirlərini öyrənmişdik. Tədris fəaliyyətinə 9 kafedra ilə başlamışdıq. Biz tədris fəaliyyətinə paralel olaraq praktik işləri də gördük ki, bu da müxtəlif sektorlar üçün bacarıqlı kadrlar yetişdirməyimizə kömək etdi. İndi hər buraxılış ilində bizim məzunların təxminən 80%-nin işi hazır olur. Artıq insanlar diplomu alıb bir tərəfə qoymaq üçün yox, ondan istifadə etmək üçün təhsil alırlar. Tələbələrə həm tədris verdiyimizə, həm də onlara rahat iş tapmaq imkanı yaratdığımıza görə tələbələrimizin sayı hər il artır”. Bu sözləri APA-nın Türkiyə bürosuna açıqlamasında İstanbuldakı Aydın Universitetinin jurnalistika kafedrasının müdiri Şükrü Kara deyib. O, tələbələrin məzun olmazdan əvvəl xəbər proqramları, sənədli filmlər, analiz verilişləri hazırlamasını istədiklərini bildirib: “İşin nəzəriyyəsi ilə birlikdə praktikasına son dərəcə önəm veririk. Türkiyənin mühüm jurnalist-yazarları bizdə dərs deyir. Tələbələrimizin beynəlxalq müsabiqələrdə iştirakına çalışırıq. Türk mediası üçün yüksək keyfiyyətli kadrlar yetişdiririk”.

Kafedra müdiri Azərbaycanın media qurumları və müvafiq fakültələri ilə güclü əlaqələr yaratmaq istədiklərini də söyləyib: “Azərbaycan bizim çox dəyər verdiyimiz dost və qardaş bir ölkədir. Biz Azərbaycanla aramızda sərhəd olduğunu heç hiss etmirik. Ona görə də Azərbaycandakı həmkarlarımızla əməkdaşlıq etmək bizim üçün çox xoş olacaq”.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR