Bank Of Baku

Norveçli mütəxəssislər Lənkəranda seminar keçirirlər

Norveçli mütəxəssislər Lənkəranda seminar keçirirlər
# 04 noyabr 2009 08:20 (UTC +04:00)
Lənkəran. Ağəddin Babayev – APA. Norveç Mühəndislik və Elmi İşçilər Birliyi Lənkəranda “Təmiz istehsalat və enerji effektivliyi” mövzusunda 3 günlük seminarlara başlayıb. APA-nın cənub bürosunun məlumatına görə, yerli sənaye müəssisələrinin texnoloq, iqtisadçı və menecerlərinin qatıldığı tədbirdə kütlə və enerji balansı, istehsalatda ekoloji təmizliyin qorunması, enerjidən effektli istifadə, iqtisadi biznes və s. mövzularda çıxışlar olub. Bildirilib ki, ötən əsrin 40-70-ci illərində istehsalat sahələrinin sürətlə artması nəticəsində Norveçin ekologiyası bərbad vəziyyətə düşüb. Bundan sonra ölkədə ard-arda ekoloji proqramların həyata keçirilməsi nəticəsində hazırda ətraf mühitin təmizliyinə görə, Norveç dünyada liderdir. Odur ki, seminar zamanı norveçli mütəxəssislər ölkələrində ətraf mühitin mühafizəsi istiqamətində həyata keçirdikləri tədbirlərdən danışaraq, bu sahədə qazandıqları təcrübələri lənkəranlı həmkarları ilə bölüşüblər.
Seminar zamanı müəssisələrdə istehsal tullantılarının azaldılması, materialların və enerji resursları sərfinin azaldılması, ətraf mühitə zərərli tullantıların atılmasının qarşısının alınması kimi məsələlər ətrafında müzakirələr aparılıb.
Qeyd edək ki, tədbirin təşkilatçısı sayılan Norveç Mühəndislik və Elmi İşçilər Birliyi istehsalat zamanı ətraf mühitin mühafizəsi istiqamətində Azərbaycanla yanaşı, Rusiya, Rumıniya, Tacikistan, Polşa, Çexiya kimi ölkələrlə də əməkdaşlıq edir. Analoji seminarların ölkənin şimal və qərb bölgələrində də keçirilməsi nəzərdə tutulub.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR