Bank Of Baku

Səhiyyə Nazirliyi orta məktəb şagirdində vəba törədicisinin aşkarlanması barədə məlumatlarla bağlı rəsmi açıqlama yayıb

Səhiyyə Nazirliyi orta məktəb şagirdində vəba törədicisinin aşkarlanması barədə məlumatlarla bağlı rəsmi açıqlama yayıb
# 04 noyabr 2009 10:23 (UTC +04:00)
Bakı. Kəmalə Quliyeva - APA. Respublika Gigiyena və Epidemiologiya Mərkəzi oktyabrın 25-də 5 №-li Uşaq Yoluxucu Xəstəxanasına qəbul edilən Sabunçu rayonu 67 nömrəli məktəbin şagirdinin orqanizmində vəba törədicisinin olmaması ilə bağlı rəsmi açıqlama yayıb. Səhiyyə Nazirliyinin mətbuat xidmətindən APA-ya verilən məlumata görə, həmin şəxs qastrit diaqnozu ilə 5 №-li Uşaq Yoluxucu Xəstəxanasına qəbul edilib. Təlimata uyğun olaraq xəstədən nümunə götürülərək Respublika Gigiyena və Epidemiologiya Mərkəzinin xüsusi təhlükəli infeksiyalar laboratoriyasında müayinə edilib və xəstədə NAQ-vibrionu (Xeyberq) daşıyıcılığı aşkar edilib. NAQ vibrionları vəba xəstəliyinin törədiciləri olmayıb, bu xəstəliklə heç bir əlaqəsi yoxdur. Bu vibrionlar yalnız kəskin bağırsaq infeksiyaları törədə bilər. NAQ vibrionunun daşıyıcılığı aşkar edildiyinə görə xəstənin oxuduğu məktəbdə adi bağırsaq infeksiyaları ocaqlarında aparılan tədbirlər həyata keçirilib.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR