Bank Of Baku

Azərbaycanda ali məktəblər də “donuz qripi”nə qarşı dezinfeksiya olunacaq

Azərbaycanda ali məktəblər də “donuz qripi”nə qarşı dezinfeksiya olunacaq
# 04 noyabr 2009 11:58 (UTC +04:00)
Onun sözlərinə görə, hazırda bu istiqamətdə planlaşdırılmış şəkildə müvafiq işlər görülür: “Planda ilk növbədə ali məktəblərin dezinfeksiya edilməsi nəzərdə tutulur. Çünki əhalinin ən sıx toplaşdığı məkanlardan biri də məhz ali məktəblərdir. Artıq bununla bağlı Təhsil Nazirliyinə müraciət etmişik. Təhsil Nazirliyi ali məktəblərin siyahısını bizə təqdim edəndən və həmin təhsil müəssisələrini məlumatlandırandan sonra bu prosesə başlayacağıq”.

A. Əhmədbəyovun sözlərinə görə, gələcəkdə uşaq bağçalarının dezinfeksiyası məsələsinə də baxıla bilər. Məcburi köçkünlərin məskunlaşdığı yataqxanalar və digər sıx məskunlaşılan yerlərə gəlincə, həmin ərazilərdə yerli mənzil-istismar sahələri tədbirlər görürlər.

Qeyd edək ki, ötən həftənin sonunda Bakı, Sumqayıt və Gəncədə orta ümumtəhsil məktəblərində dezinfeksiya işləri aparılıb.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR