Bank Of Baku

Azərbaycanda “donuz qripi”nin aşkarlandığı Kürdəmir sakini ilə təmasda olan şəxslər müəyyənləşdirilir

Azərbaycanda “donuz qripi”nin aşkarlandığı Kürdəmir sakini ilə təmasda olan şəxslər müəyyənləşdirilir
# 04 noyabr 2009 13:57 (UTC +04:00)
Bakı. Kəmalə Quliyeva - APA. Azərbaycanda “donuz qripi”nə yoluxan Kürdəmir sakini ilə birlikdə ölkəyə gəlmiş həyat yoldaşı ilə qızında xəstəliyin klinik əlamətləri müşahidə olunmayıb. Bu barədə APA-ya Səhiyyə Nazirliyinin sanitar-epidemioloji nəzarət sektorunun müdiri Viktor Qasımov bildirib. Onun sözlərinə görə, hər iki şəxsdən qan nümunələri götürülüb və hazırda müayinə olunur.

V. Qasımovun sözlərinə görə, hazırda “donuz qripi”nə yoluxmuş şəxslə kimlərin təmasda olduğu araşdırılır: “Həmin şəxslərin hamısı müayinəyə cəlb olunacaq. Müayinələrin nəticəsi sabah bilinəcək”.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR