Bank Of Baku

Ünvanlı sosial yardım və şəhid ailələri üzrə müavinətlər bu ayın sonunda əhaliyə tam ödəniləcək

Ünvanlı sosial yardım və  şəhid ailələri üzrə müavinətlər bu ayın sonunda əhaliyə tam ödəniləcək
# 04 noyabr 2009 14:20 (UTC +04:00)
Bakı. Aynur Vəliyeva - APA-Economics. Azərbaycan Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi noyabrın sonundan etibarən ünvanlı sosial yardım və şəhid ailələrinin müavinətlərinin verilməsini bərpa edəcək.

Nazirliyin mətbuat xidmətinin rəhbəri Elnur Kələntərlinin “APA-Economics”ə verdiyi məlumata görə, sentyabr-oktyabr aylarında müavinətlərin verilməsinin dayandırılması müavinətlər haqda məlumatları ƏƏSMN-in Mərkəzləşdirilmiş sistemin informasiya bazasına daxil edilməsi ilə bağlıdır: “Müavinətlər haqda məlumatlar sistemin mərkəzi bazasında toplanaraq orada emal edilir və müavinətlər avtomatik rejimdə paylanır”.

E.Kələntərlinin sözlərinə görə, bu ayın sonunda ünvanlı sosial yardım və şəhid ailələri üzrə müavinətlər əhaliyə bütövlükdə ödəniləcək.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR