Bank Of Baku

Azərbaycan Səhiyyə Nazirliyi: “Donuz qripi” ilə əlaqədar epidemioloji vəziyyət gərginləşərsə, məktəblərin bağlanması məsələsinə dövlət səviyyəsində baxıla bilər

Azərbaycan Səhiyyə Nazirliyi: “Donuz qripi” ilə əlaqədar epidemioloji vəziyyət gərginləşərsə, məktəblərin bağlanması məsələsinə dövlət səviyyəsində baxıla bilər
# 04 noyabr 2009 14:29 (UTC +04:00)
Bunu APA-ya Təhsil Nazirliyinin şəhərlər üzrə ümumtəhsil və məktəbəqədər təhsil şöbəsinin müdiri Arif Muradov bildirib. Onun sözlərinə görə, ehtiyac olarsa, belə bir müraciəti Səhiyyə Nazirliyi etməli və Azərbaycan hökuməti bununla bağlı qərar verməlidir: “Allah eləməsin ki, Azərbaycanda belə bir vəziyyət yaransın. Amma belə hal olarsa, onda gərək səhiyyə orqanları təkliflə çıxış etsinlər”.

A. Muradov orta məktəblərdə payız tətilinin müddətinin dəyişdirilə bilmə ehtimalına da münasibət bildirib: “Məktəblərin əsasnaməsində, köhnə və yeni “Təhsil haqqında” qanunlarda nəzərdə tutulur ki, hər hansı təbii fəlakət və ya digər fövqəladə hal olarsa, rayon təhsil şöbəsi və rayon sanitar-epidemioloji stansiyalarının müraciəti əsasında yerli icra orqanları qərar qəbul edərək tətilin vaxtını dəyişə bilərlər. Amma hələlik Azərbaycanda buna ehtiyac yoxdur”.

Səhiyyə Nazirliyinin sanitar-epidemioloji nəzarət sektorunun müdiri Viktor Qasımov isə APA-ya bildirib ki, hələlik Azərbaycanda “donuz qripi” təhlükəsi ilə əlaqədar məktəblərin bağlanması məsələsini qaldırmaq tezdir: “Bu, Azərbaycanda sayca üçüncü hadisədir. Əvvəlki iki hadisə iyul ayında olmuşdu. Bir hadisənin qeydə alınması ilə məktəblər bağlana bilməz. Amma bu məsələyə epidemioloji vəziyyətdən asılı olaraq baxılacaq. Epidemioloji vəziyyət gərginləşərsə və “donuz qripi”nə yoluxan xəstələrin sayı artarsa, bu məsələyə dövlət səviyyəsində baxıla bilər”.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR