Bank Of Baku

Azərbaycanda “donuz qripi”nə yoluxduğu aşkarlanan Kürdəmir sakini uzun illər Ukraynada yaşayıb

Azərbaycanda “donuz qripi”nə yoluxduğu aşkarlanan Kürdəmir sakini uzun illər Ukraynada yaşayıb
# 04 noyabr 2009 16:29 (UTC +04:00)
Kürdəmir. Şahnəzər Bəşirov-APA. Azərbaycanda A/H1N1 virusu (“donuz qripi”) aşkarlanan qadın uzun illərdir Ukrayna Respublikasında yaşayıb. Bu barədə APA-nın yerli bürosuna Kürdəmir Mərkəzi Rayon Xəstəxanasından bildirilib.

Məlumata görə, xəstəxana rəhbərliyi bu gün “donuz qripi”nə yoluxan qadının vaxtilə yaşadığı kəndə gedib və onun qohumları ilə söhbət aparıb. Araşdırma zamanı məlum olub ki, virusa yoluxan qadının valideynləri Bakı şəhərində yaşayır. Ukraynanın İvanovo-Frankovsk vilayətində yaşayan qadının ailə üzvləri ilə birgə Bakıya qayıtdığı, Kürdəmir rayonuna gəlmədiyi bildirilir.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR