Bank Of Baku

Şahbuzda əmək yarmarkası keçirilib

Şahbuzda əmək yarmarkası keçirilib
# 04 noyabr 2009 19:43 (UTC +04:00)
Naxçıvan Elmar Hüseynov - APA. Şahbuz rayonunda əmək yarmarkası keçirilib. Bu barədə APA-nın Naxçıvan bürosuna Şahbuz rayon Məşğulluq Mərkəzinin direktoru Fəxrəddin Bağırov məlumat verib.

Onun sözlərinə görə, 200-dən çox vətəndaşın iştirak etdiyi əmək yarmarkasına 14 təşkilatdan 101 boş iş yeri çıxarılıb. İşaxtaran vətəndaşlardan 20 nəfəri daimi işə göndəriş alıb, 15 nəfər ictimai işə cəlb olunub, 1 nəfər peşə hazırlığı kursuna göndərilib.

Məlumat üçün deyək ki, cari ilin avqust ayında da Şahbuz rayonunda əmək yarmarkası keçirilib. Bu yarmarkada 26 nəfərə iş üçün göndəriş verilib, 6 nəfər ictimai işə cəlb olunub.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR