Bank Of Baku

Naxçıvanda müharibə veteranlarına avtomobillər paylanıb

Naxçıvanda müharibə veteranlarına avtomobillər paylanıb
# 05 noyabr 2009 07:41 (UTC +04:00)
Naxçıvan. Elmar Hüseynov – APA. Naxçıvan Muxtar Respublikasında (MR) 50 şəxsə avtomobil paylanıb. Naxçıvan MR Əmək və Əhalinin Sosal Müdafiəsi Nazirliyindən APA-nın yerli bürosuna verilən məlumata görə, Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda və hərbi xidmət zamanı sağlamlığını qismən itirən 38 nəfərə, 1941-1945-ci illər müharibəsində iştirak edən 10 nəfərə və Çernobıl Atom Elektrik Stansiyasında qəzanın aradan qaldırılmasında iştirak edən 2 nəfərə “Tavriya” markalı avtomobil verilib.

Təqdimat mərasimində iştirak edən Naxçıvan MR Ali Məclisin sədri Vasif Talıbov gələcəkdə də bu cür tədbirlərin davam etiriləcəyini, vətən uğrunda xidməti borcunu yerinə yetirərkən sağlamlığını itirən şəxslərə daima qayğı göstəriləcəyini söyləyib.
Sonra “Tavriya” markalı minik avtomobillərinin açarları əlillərə təqdim olunub.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR