Bank Of Baku

Təhsil Nazirliyinin “Qaynar xətt” xidmətinə son iki ayda 62 müraciət daxil olub

Təhsil Nazirliyinin “Qaynar xətt” xidmətinə son iki ayda 62 müraciət daxil olub
# 05 noyabr 2009 07:43 (UTC +04:00)
Bakı. Kəmalə Quliyeva – APA. Təhsil Nazirliyinin “Qaynar xətt” xidmətinə (telefonlar: 496-34-82; 496-37-61; faks 496-37-61; e-mail: [email protected]) sentyabr və oktyabrında 62 müraciət daxil olub. Nazirliyin mətbuat xidmətindən APA-ya verilən məlumata görə, müraciətlərdən 3-ü sorğu xarakterli olub. “Qaynar xətt” xidmətinə daxil olan müraciətlərin böyük əksəriyyəti ümumtəhsil məktəbləri və məktəbəqədər tərbiyə müəssisələri ilə əlaqədardır. Bakı şəhər ümumtəhsil məktəblərindən 29, məktəbəqədər tərbiyə müəssisələrindən 7, Gəncə və Mingəçevir şəhər ümumtəhsil məktəblərindən 1, Abşeron rayon ümumtəhsil məktəblərindən 3, Yardımlı, Masallı və Quba rayon ümumtəhsil məktəblərinin hər birindən 2, Biləsuvar, Şamaxı, Daşkəsən, Tovuz, Ağstafa, Qazax, Xaçmaz, Zaqatala rayonlarının hər birindən 1 müraciət daxil olub.

Bu müraciətlərdə yeni dərs ilinin başlanması ilə əlaqədar təhsil müəssisələrində yaranan problemlərdən, müəllimlər arasında dərs yükünün bölgüsü, valideynlərin yaşayış yerinin dəyişməsi ilə bağlı şagirdlərin bir məktəbdən digərinə köçürülməsi, dərsliklərlə təminat, müəllimlərin əmək haqqının hesablanması, məktəbəqədər tərbiyə müəssisələrinə uşaqların qəbulu və s. məsələlərindən bəhs olunur.

Müraciətlərdən 1-i 3 saylı Bakı peşə liseyinə şagird qəbulu ilə bağlı olub. Şəki Dövlət Texniki Kolleci, Mingəçevir Tibb məktəbi və “Odlar yurdu” özəl kolleci ilə əlaqədar müraciətlərdə tələbələr sırasına bərpa, diplomun verilməsi və təyinat bölgüsü ilə bağlı problemlər əks olunub.

Təhsil Nazirliyinin “Qaynar xətt” xidmətinə daxil olan bütün müraciətlər araşdırılıb, müvafiq tədbirlər görülüb və müraciət müəlliflərinə cavab verilib.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR