Bank Of Baku

Azərbaycanda “donuz qripi” aşkarlanmış qadının vəziyyətində müsbət dinamika hiss olunur

Azərbaycanda “donuz qripi” aşkarlanmış qadının vəziyyətində müsbət dinamika hiss olunur
# 05 noyabr 2009 08:32 (UTC +04:00)
Sektor müdirinin sözlərinə görə, dünəndən bu yana xəstənin vəziyyətində ağırlaşma yoxdur: “Əksinə, müsbət dinamika hiss olunur”.

V. Qasımov bildirib ki, hazırda xəstə ilə kontaktda olan şəxslərin müayinəsi aparılır: “Hazırda üç nəfərin nümunələri yoxlanılır. İki nəfərin nümunələrini göndərəcəklər, əlavə iki nəfər də müayinə cəlb olunacaq. Müayinələrin nəticəsi günün ikinci yarısı bilinəcək”.

Qeyd edək ki, Kürdəmir sakini olan 40 yaşlı qadın uzun illərdir, Ukraynada yaşayır. Oktyabrın 26-da Ukraynanın İvano-Frankovsk şəhərindən qatarla Bakıya gələn qadın özünü pis hiss etdiyindən həkimə müraciət edib. Aparılan analiz yoxlamaları onda A/H1N1 (“donuz qripi”) virusunun olduğunu üzə çıxarıb.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR