Bank Of Baku

Hava şəraitində ciddi dəyişiklik gözlənilmir

Hava şəraitində ciddi dəyişiklik gözlənilmir
# 05 noyabr 2009 09:08 (UTC +04:00)
Bakı. Kəmalə Quliyeva - APA. Bakıda və Abşeron yarımadasında noyabrın 5-də hava dəyişkən buludlu, əsasən yağmursuz olacaq, cənub-qərb küləyi əsəcək, arabir güclənəcək, axşam şimal-qərb küləyinə keçəcək, gecəyə doğru arabir güclənəcək. Gündüz 16-18, axşam 11-13 dərəcə isti olacaq.

Noyabrın 6-da hava dəyişkən buludlu, əsasən yağmursuz keçəcək. Lakin gecə yarımadanın bəzi yerlərində qısamüddətli az yağış yağacağı ehtimal olunur. Şimal-qərb küləyi əsəcək, gündüz arabir 23 m/san-dək, yarımadanın bəzi yerlərində isə 25 m/san-dək güclənəcək. Havanın temperaturu gecə 9-11 dərəcə, gündüz 13-15 dərəcə isti olacaq.

Noyabrın 7-də havanın dəyişkən buludlu, əsasən yağmursuz keçəcəyi, axşam buludluluğun artacağı gözlənilir. Şimal küləyi əsəcək, səhər küləyin sürəti azalacaq, günün ikinci yarısında cənub-şərq küləyinə keçəcək. Gecə 9-11, gündüz 16-18 dərəcə isti olacaq.

Noyabrın 8-də buludlu hava şəraiti üstünlük təşkil edəcək. Gündüz yarımadanın bəzi yerlərində qısamüddətli az yağış yağacağı ehtimal olunur. Cənub-şərq küləyi əsəcək, gündüz arabir güclənəcək. Gecə 10-12, gündüz 16-18 dərəcə isti olacaq.

Azərbaycanın rayonlarında noyabrın 6-da, əsasən yağmursuz keçəcək. Lakin gecə və axşam bəzi şərq rayonlarında yağış yağacağı gözlənilir. Səhər ayrı-ayrı yerlərdə duman olacaq. Şimal-qərb küləyi əsəcək, arabir ayrı-ayrı yerlərdə 23-25 m/san-dək güclənəcək. Gecə 8-13, gündüz 16-19, dağlarda gecə 3-6, gündüz 10-14 dərəcə isti olacaq.

Noyabrın 7-8-də hava, əsasən yağmursuz keçəcək, səhər ayrı-ayrı yerlərdə duman qeydə alınacaq. Lakin gecə və axşam saatlarında, əsasən şimal və şərq rayonlarında qısamüddətli yağış ehtimalı var. Şərq küləyi əsəcək. Gecə 9-14, gündüz 15-18, dağlarda gecə 3-6, gündüz 9-14 dərəcə isti olacaq.

Tibbi-meteoroloji proqnoza əsasən, noyabrın 6-da Abşeron yarımadasında atmosfer təzyiqinin qalxacağı, arabir güclənən xəzri küləyinin əsəcəyi əksər meteohəssas insanlarda narahatlıq hissi yarada bilər. Lakin sonrakı günlərdə mülayim cənub küləyi ilə əvəz olunması meteohəssas insanlar üçün əsasən əlverişlidir.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR