Bank Of Baku

Bakıda MDB Gənclər Günü çərçivəsində bir sıra tədbirlər keçiriləcək

Bakıda MDB Gənclər Günü çərçivəsində bir sıra tədbirlər keçiriləcək
# 05 noyabr 2009 09:18 (UTC +04:00)
Bakı. Viktoriya Dementyeva-APA. Azərbaycanda keçirilən MDB Gənclər Günü çərçivəsində MDB ölkələrindən gələn nümayəndələr və QHT təmsilçiləri gələcəkdə MDB məkanında əməkdaşlığın daha da genişləndirilməsi və yeni keyfiyyətə qaldırılmasını müzakirə edəcəklər. APA-nın məlumatına görə, bu barədə jurnalistlərə gənclər və idman nazirinin müavini İntiqam Babayev bildirib. Onun sözlərinə görə, noyabrın 7-dək davam edəcək MDB Gənclər Günləri çərçivəsində bir sıra tədbirlər, dəyirmi masalar, sərgilər keçiriləcək. Tədbirlərdə iştirak etmək üçün Azərbaycana MDB ölkələrdən 100-dək gənc gəlib. İntiqam Babayevin sözlərinə görə, Ermənistan bu tədbirə dəvət olunmayıb, Türkmənistan və Özbəkistan təmsilçiləri isə müəyyən səbəblərdən Azərbaycana gəlməyiblər.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR