Bank Of Baku

Ukraynanın gənclər və idman nazirinin müavini Rostislav Drapuşko: “MDB gənclərinin çox böyük inkişaf perspektivləri var”

Ukraynanın gənclər və idman nazirinin müavini  Rostislav Drapuşko: “MDB gənclərinin çox böyük inkişaf perspektivləri var”
# 05 noyabr 2009 10:32 (UTC +04:00)
Bakı. Viktoriya Dementyeva-APA. “MDB gənclərinin çox böyük inkişaf perspektivləri var. Biz belə tədbirlərdə məmnuniyyətlə iştirak edirik, çünki Azərbaycan bizim strateji tərəfdaşımızdır”. APA-nın məlumatına görə, bu açıqlamanı jurnalistlərə MDB Gənclər Günü tədbirlərində iştirak etmək üçün Bakıya gələn Ukraynanın gənclər və idman nazirinin müavini Rostislav Drapuşko verib. Onun sözlərinə görə, gənclər arasında mövcud olan ümumi problemlərin müzakirəsi münaqişələrin aradan qaldırılmasına, sülh və stabilliyin bərpa olunmasına köməklik edir: “Bizim münasibətlərin perspektivi çox böyükdür. Biz razılığa gəlmişik ki, gələn il MDB Gənclər Günləri Ukraynada, sonra Tacikistanda keçirilsin. Hesab edirik ki, gənclər arasında nə qədər çox ünsiyyət olsa, ölkələr üçün o qədər faydalı olar”. Tacikistanın gənclər, idman və turizm dövlət komitəsinin sədr müavini Kabirdjon Djuraev MDB çərçivəsində “İntervidenie” adlı çox uğurlu layihənin həyata keçirildiyini xatırladıb: “Gənclərin bu cür görüşlər keçirməsi çox vacibdir. Azərbaycanda keçmişə, böyüklərə çox böyük hörmət var, buraya gəlib bunları görmək çox ibrətamizdir”.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR