Bank Of Baku

Bakıda MDB ölkələrinin gənclər siyasətinə həsr olunmuş dəyirmi masa keçirilib

Bakıda MDB ölkələrinin gənclər siyasətinə həsr olunmuş dəyirmi masa keçirilib
# 05 noyabr 2009 10:38 (UTC +04:00)
Bakı. Viktoriya Dementyeva-APA. Bu il Gənclər və İdman Nazirliyinin büdcəsində gənclər siyasətinin yürüdülməsi 4,5 milyon avro vəsait nəzərdə tutulub. APA-nın məlumatına görə, bu fikirləri MDB ölkələrinin gənclər siyasətinə həsr olunmuş dəyirmi masada gənclər və idman nazirinin müavini İntiqam Babayev söyləyib. Onun sözlərinə görə, dövlətin gənclər siyasətinin həyata keçirilməsinə ayırdığı vəsait hər il artır. Dəyirmi masada Belarus, Qazaxıstan, Ukrayna, Rusiya və Moldova nümayəndə heyətlərinin hazırladıqları təqdimat mərasimləri keçirilib. Bu çərçivədə ilk hesabatı Azərbaycan heyəti təqdim edib. Gənclər və İdman Nazirliyinin nümayəndəsi Azərbaycanda gənclərin sosial problemlərinin həllini, gənc ailələrə dəstək verilməsini, istedadlı gənclər və tələbələrə dəstəyi nəzərdə tutulan proqramlar haqqında geniş məlumat verib. Qeyd edək ki, Azərbaycan əhalisinin 32 faizini (2,8 milyon nəfər) gənclər təşkil edir.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR