Bank Of Baku

Ümumdünya Səhiyyə Təşkilatı “donuz qripi”nə qarşı Azərbaycana vaksinləri beş ay ərzində mərhələlərlə göndərəcək

Ümumdünya Səhiyyə Təşkilatı “donuz qripi”nə qarşı Azərbaycana vaksinləri beş ay ərzində mərhələlərlə göndərəcək
# 05 noyabr 2009 11:58 (UTC +04:00)
Bakı. Kəmalə Quliyeva – APA. Ümumdünya Səhiyyə Təşkilatı (ÜST) A/H1N1 qripinə (“donuz qripi”) qarşı Azərbaycana vaksinləri beş ay ərzində mərhələlərlə göndərəcək. Bu barədə APA-ya ÜST-ün proqram üzrə koordinatoru Elxan Qasımov bildirib. Onun sözlərinə görə, noyabrın sonu - dekabrın əvvəlində göndəriləcək birinci vaksin partiyası 170 min dozadan ibarət olacaq və Azərbaycan əhalisinin təxminən 1-2 faizini əhatə edəcək: “Sonrakı hər ay ərzində vaksinlərin göndərilməsi davam edəcək. ÜST ümumiyyətlə Azərbaycana əhalinin 8-10 faizi qədərində vaksin göndərməyi nəzərdə tutur”.
E. Qasımov bildirib ki, ÜST Azərbaycanda “donuz qripi” ilə bağlı epidemioloji vəziyyəti və görülən tədbirləri diqqətlə izləyir: “Hesab edirik ki, Azərbaycanın Səhiyyə Nazirliyi lazım olan adekvat addımları atır və bütün digər əlaqəli qurumlarla əlaqəli işləyir”.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR