Bank Of Baku

Azərbaycanda daha iki nəfərdə “donuz qripi” aşkar olunub - YENİLƏNİB

 Azərbaycanda daha iki nəfərdə “donuz qripi” aşkar olunub - <font color=red>YENİLƏNİB</font>
# 05 noyabr 2009 15:00 (UTC +04:00)
Onun sözlərinə görə, “donuz qripi”nə yeni yoluxmuş xəstələrindən biri hazırda Elmi Tədqiqat Ağciyər Xəstəlikləri İnstitutunda müalicə olunan Kürdəmir sakini ilə kontaktda olan şəxsdir. Digəri isə onlarla heç bir əlaqəsi olmayan, Ukraynadan noyabrın əvvəllərində gəlmiş Azərbaycan vətəndaşıdır: “Xəstələrin hər ikisinin vəziyyəti kafidir. Kürdəmir sakinin qohumu olan xəstə hazırda Elmi Tədqiqat Ağciyər Xəstəlikləri İnstitutunda stasionar şəkildə müalicə olunur. Onun temperaturu, öskürəyi və bir qədər xırıltısı var idi. Bugünkü nəticələr həmin şəxsdə “donuz qripi”nin olduğunu təsdiqlədi. Digər xəstə isə hazırda ambulator şəraitdə evdə müalicə alır. Ona xəstəliyi ilə bağlı məlumat verilib. Ailə üzvləri onunla kontakt zamanı fərdi-qoruyucu vasitələrdən istifadə edəcəklər”.

Beləliklə, son iki gündə ölkədə “donuz qripi” aşkar edilmiş şəxslərin sayı 3-ə çatıb.

Qeyd edək ki, Azərbaycanda “donuz qripi”nə ilk iki yoluxma faktı bu ilin iyul ayında aşkar olunub. Hər iki şəxs müalicə olunaraq evə buraxılıb. Azərbaycanda “donuz qripi”nə üçüncü yoluxma faktı noyabrın 4-də Ukraynadan gəlmiş Kürdəmir sakinində aşkar olunub. 40 yaşlı qadın hazırda Elmi-Tədqiqat Ağciyər Xəstəlikləri İnstitutunda müalicə olunur.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR