Bank Of Baku

Mil-Muğan bölgəsində su quşlarının monitorinqi keçirilib - FOTO

Mil-Muğan bölgəsində su quşlarının monitorinqi keçirilib - <font color=red>FOTO</font>
# 05 noyabr 2009 20:44 (UTC +04:00)
Şirvan, Salyan. Əlibəy Zeynallı - APA. Ekologiya və Təbii Sərvətlər Nazirliyi, Azərbaycan Ornitoloji Cəmiyyəti və Almaniya Texniki Əməkdaşlıq Təşkilatının (GTZ) Cənubi Qafqaz heyətinin rəhbəri Kristian Qönner Mil-Muğan bölgəsində su quşlarının monitorinqini keçirib.

APA-nın Mil-Muğan bürosunun xəbərinə görə, monitorinq Hacıqabul gölündə və Salyan rayonunun Şorsulu kəndinin Mahmudçala gölündə aparılıb. Noyabrın 6-da isə Şirvan Milli Parkının Flaminqo (Şor göl) gölündə monitorinq aparılacaq.

ETSN-in Bioloji müxtəlifliyin qorunması və Xüsusi Mühafizə şöbələrinin, nazirliyin Milli Monitorinq Departamentinin nümayəndələrinin də iştirakı ilə aparılan monitorinqin ilkin nəticələrinə görə, Hacıqabul gölündə vəziyyət olduqca acınacaqlıdır. Belə ki, Hacıqabul gölündə su quşlarının sayı 5-10 faizə qədər azalıb. Mahmudçala gölündə isə müəyyən problemlər olsa da, vəziyyət qənaətbəxş hesab edilib.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR