Bank Of Baku

“Hacıqabul gölünün problemləri və investisiya imkanları” mövzusunda respublika konfransı keçiriləcək - FOTO

“Hacıqabul gölünün problemləri və investisiya imkanları” mövzusunda respublika konfransı keçiriləcək - <font color=red>FOTO</font>
# 06 noyabr 2009 02:59 (UTC +04:00)
Şirvan. Əlibəy Zeynallı – APA. Şirvanda “Hacıqabul gölünün problemləri və investisiya imkanları” mövzusuna həsr edilmiş respublika konfransı keçiriləcək.

Yerli ekoloqların APA-nın Mil-Muğan bürosuna bildirdiyinə görə, sahəsi 8 min kv.m olan Azərbaycanın ən böyük göllərindən Hacıqabul gölünün ekoloji problemlərinə həsr olunmuş respublika konfransının Şirvan şəhərində keçirilməsi nəzərdə tutulur.

“Aran” İnsan Hüquqları Resurs Mərkəzinin rəhbərliyindən bildirilib ki, respublikada fəaliyyət göstərən xarici səfirliklərin və beynəlxalq təşkilatların, QHT-lərin və yerli ekoloqların iştirakı ilə həyata keçiriləcək elmi-praktiki konfrans Hacıqabul gölünün ekoloji fəlakət durumunun yaxşılaşdırılmasını nəzərdə tutulur. Göldə monitorinq keçirən ekoloqların fikrincə, əvvəllər gölə yalnız Kür çayı daşanda su gəlib. Sovetlər dövründə gölə süni surətdə nasoslarla su vurulub, ancaq sonradan bu işlərin dayanması nəticəsində göl susuz qalıb. Havaların isti keçməsi də göldə suyun buxarlanmasını sürətləndirib. Nəticədə gölün 80 faizi quruyub. Kanalizasiya, çirkab sular və mədən suları axıdılan göldən kəskin üfunət iyi gəlir. Təbii fəlakət və epidemiya mənbəyinə çevrilən gölün mikrofaunası və florası məhv olub. Qızılqazların daimi məskəni olan Hacıqabul gölünə artıq bu quş növləri qonmur.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR