Bank Of Baku

Azərbaycan Dillər Universitetində pedaqoji konfrans keçirilib

Azərbaycan Dillər Universitetində pedaqoji konfrans keçirilib
# 06 noyabr 2009 01:45 (UTC +04:00)
Bakı – APA-Economics. Azərbaycan Dillər Universitetində (ADU) IV kurs tələbələrinin pedaqoji təcrübənin sona çatması ilə bağlı konfrans keçirilib.
ADU-nun mətbuat xidmətindən APA-ya verilən məlumata görə, tədbirə ADU-nun tədris işləri üzrə prorektoru, professor Natiq Yusifov, ingilis, alman və fransız dili fakültələrinin müəllim-tələbə heyəti qatılıb.
Professor Natiq Yusifov ümumilikdə pedaqoji təcrübənin uğurla başa çatdığını bildirib. O, pedaqoji təcrübədə iştirak edən tələbələrin nümayiş etdirdiyi yüksək biliyin, mədəniyyətin orta məktəb rəhbərləri tərəfindən yüksək qiymətləndirildiyini və universitetə təşəkkür məktublarının daxil olduğunu deyib.
“Metodika” kafedrasının müəllimi Bəxtiyar Həmzəyev oktyabrın 1-dən noyabrın 4-dək davam edən pedaqoji təcrübə zamanı heç bir problemin yaranmadığını diqqətə çatdırıb. B.Həmzəyev həmin müddət ərzində qarşıya çıxan çətinliklərin aradan qaldırılmasında köməklik göstərdiklərinə görə 1№-li İngilis dili fakültəsinin dekanı, professor Əfqan Abdullayevə, 2№-li İngilis dili fakültəsinin dekanı, dosent Leyla Xanbutayevaya və Alman dili fakültəsinin dekanı, dosent Ulduz Aslanovaya təşəkkürünü bildirib.
Daha sonra çıxış edən natiqlər pedaqoji təcrübənin tələbələrin gələcək peşə fəaliyyəti üçün mühüm əhəmiyyətə malik olduğunu vurğulayıblar.
Tədbirdə pedaqoji təcrübə barədə tələbələrin təəssüratlarını və fəaliyyətini əks etdirən slayd şoular nümayiş etdirilib.
Qeyd edək ki, Azərbaycan Dillər Universitetinin 1 №-li İngilis dili fakültəsindən 240, 2 №-li İngilis dili fakültəsindən 134, Alman və Fransız dili fakültələrinin hərəsindən 55 tələbə oktyabrın 1-dən noyabrın 4-dək 5 həftəlik pedaqoji təcrübədə iştirak ediblər.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR