Bank Of Baku

Sumqayıt şəhər Təmizlik Departamenti 2 növbəli iş rejimi tətbiq edib

Sumqayıt şəhər Təmizlik Departamenti 2 növbəli iş rejimi tətbiq edib
# 05 noyabr 2009 23:10 (UTC +04:00)
Bakı - APA. Sumqayıt şəhər Təmizlik Departamenti tərəfindən cari ilin ötən dövrü ərzində şəhər və ətraf qəsəbələrdə məişət tullantılarının həcminin artması ilə əlaqədar olaraq 22 ədəd xüsusi təyinatlı avtomaşınlara 2 növbəli iş rejimi tətbiq edilib və işçi qüvvəsi gücləndirilib.

Departamentdən APA-ya verilən məlumata görə, hazırda şəhərdə məişət tullantılarının toplanması üçün 1100 ədəd tullantı qəbulu məntəqəsi mövcuddur ki, həmin məntəqələrdə 5000 ədəd konteyner düzülüb.

Sıradan çıxan 1500 ədəd konteyner tam təmir edilərək istifadəyə yararlı hala gətirilib, ərazilərdən toplanıb daşınan məişət tullantıları isə şəhər poliqonunda zərərsizləşdirilib.

Qeyd edək ki, cari ilin hazırkı dövrünədək məişət tullantılarının daşınması üzrə 2780 müqavilə imzalanıb, onların 1710-u fiziki şəxslər, 1080-i isə hüquqi şəxslər təşkil edir. Müqavilələrin bağlanması keçən ilin müvafiq dövrü ilə müqayisədə 30% artıb.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR