Bank Of Baku

“Donuz qripi” aşkarlanmış Kürdəmir sakininin vəziyyətində müsbət irəliləyiş müşahidə olunur, digər iki xəstənin vəziyyəti isə kafidir

“Donuz qripi” aşkarlanmış Kürdəmir sakininin vəziyyətində müsbət irəliləyiş müşahidə olunur, digər iki xəstənin vəziyyəti isə kafidir
# 06 noyabr 2009 07:57 (UTC +04:00)
Bakı. Kəmalə Quliyeva - APA. “Donuz qripi”nə yoluxaraq noyabrın 4-dən Elmi Tədqiqat Ağciyər Xəstəlikləri İnstitutunda müalicə alan Kürdəmir sakininin vəziyyətində müsbət irəliləyiş müşahidə olunur. Dünən “donuz qripi” aşkarlanmış digər iki xəstənin vəziyyəti isə kafidir. Bu barədə APA-ya Səhiyyə Nazirliyinin sanitar-epidemioloji nəzarət sektorunun müdiri Viktor Qasımov bildirib. Onun sözlərinə görə, xəstələrlə təmasda olan şəxslər arasında müayinələr və müşahidələr davam etdirilir. Hələlik əlavə virusa yoluxma faktı aşkarlanmayıb.

V. Qasımov bildirib ki, Səhiyyə Nazirliyi virusun yayılması təhlükəsinin qarşısını almaq üçün kütləvi yerlərdə, xüsusilə də metropolitendə və marşrut avtobuslarda hərəkət zamanı maskalardan istifadə etməyi tövsiyə edir.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR